Ukrayna parlamentinin xalq deputatları açıqlama verərək, dünya ictimaiyyətini Rusiyanın Ukraynaya qarşı təcavüzünə qarşı durmağa çağırıblar.
Ukraynanın Ali Radası dünya birliyini Rusiyaya qarşı siyasi və iqtisadi təzyiqi gücləndirməyə və sanksiyaların müddətini uzatmağa çağırıb. Parlamentin növbədənkənar iclasında qəbul edilmiş bu müraciəti 308 millət vəkili dəstəkləyib.
