Bakı Baş Gömrük İdarəsinin rəisi, general-mayor Kənan Məmmədov idarədə keçirilən əməliyyatdan sonra ilk dəfə saytımıza danışıb. İdarə rəisi bəzi media resurslarında onun saxlanılması xəbərlərinə də münasibət bildirib.
Kənan Məmmədov Demokrat.az-a eksklüziv açıqlamasında bildirib ki, onun həbsilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur.
O, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat barəsində bunları deyib:
"Bizim müraciətimizdən sonra bu əməliyyat keçirilib".
Qeyd edək ki, bu gün Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində idarənin bir neçə əməkdaşı saxlanılıb.
Əməliyyat zamanı içərisində idarənin yüksək vəzifəli şəxslərinin rüşvət alarkən tutulduğu qeyd edilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirib ki, bununla bağlı ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.
Xatırladaq ki, Bakı Baş Gömrük İdarəsinin rəisi, general-mayor Vüsal Novruzovun 2018-ci ilə qədər işlədiyi dövrdə idarənin binası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin ABŞ Səfirliyi yaxınlığındakı binası ilə yanaşı fəaliyyət göstərib. Və ən maraqlısı budur ki, bu illər ərzində ən çox iş adamlarının əllərində bakı Baş Gömrük İdarəsinin 3-cü mərtəbəsində yerləşən baş mühasib otağına daşıdıqları paket paket rüşvət pullarından bir yığın prokruroluq işçilərinin "xəbərləri" olamyıbmış. İdarə rəisi V.Novruzovun iş prinsii belə idi: Ölkəyə idxal olunan hər bir yük avtomobili üzrə gətirilən mala uyğun "şapkalar" tərtib olunub. Dövlət gömrük rüsumları da öz yerində. Adətən tələb edilən "şapka"ların məbləği, dövlət büdcəsinə ödənilən rüsumlardan təxminən 8-10 dəfə artıq müəyyən edilirdi. Adətən idxal olunan malın buraxılması üçün biznesmenlərin gətirikləri "şapkalar"ı idarənin baş mühasibi olan İbrahim adlı naxçıvanlı tərəfindən pisayan aparata vasitəsilə qəbul edilirdi. əvəzində İnvoys adlanan gömrük bəyənnamələrinin bir küncünə ggöy rəngdə "3" ştampı vurulurdu. Belə parolu olan ştamla təsdiqlənməyən gömrük bəyənnamləri Binəqədinin Xocsan qəsəbəsində yerləşən yük duracağından mal sərbəst buraxıla bilməzdi. General V.Novruzov 2018-ci ildə postundan kənarlaşdırıldıqdan sonra elə sevincək villasında oturub əvvəlki dana və quzu biznesilə məşğul olmaq istərkən. onu naməlum adamlar xüsusi yerə dəvət edərək 7 ildə əlavə qazanc kimi özünə saxladığı 6 milyard dolların qaytarılması tələb edilmişdir. Gömrük generalı tələb olunan məbləğin qaytarılması üçün 3 gün möhlət istəmişdir. Hazırda V.Novruzov son hesablşmadan sonra sakitcə öz inhisarçı biznesini davam etdiri. Uğurlar sənə. cənab general. Sükanı belə saxla!