Firudin Qurbanovu BDU-ya rektor qoymaq “malyar”ı rəssam qoymaq kimidir
Firudin Qurbanov üçün bazar iqtisadiyyatı təhsili “tolkuçkaya” çevirməkdir…
Firudin Qurbanov, mərhum Mehdizadə səni görsəydi üzünə…
Nazir müavininin Sloveniyadakı biznesi…
SSRİ dağılanda keçmiş sovet respublikaları bazar iqtisdiyyatına keçirik deyəndə Firudin Qurbanov kimiləri elə başa düşdü ki, təhsili, səhiyyəni, mədəniyyəti BAZARA çevirmək lazımdır.
Bu adamlar anlamadı ki, BAZAR İQTİSADİYYATI və BAZAR ayrı-ayrı anlayışlardır.
Xalqımız əbəs yerə demir ki, filankəs bazar adamıdır.
Bazar iqtisadiyyatı ilk növbədə bərabər rəqabət, qanunların aliliyi və s deməkdir.
Həm də onu qeyd edək ki, təhsil ənənəvi ticarət sahəsi deyil, ay Firudun Qurbanov.
Bütün dövlətlər təhsil sahəsinə kapital yatırır ki, millətin gələcəyi işıqlı olsun.
Yəni təhsil restoran, zavod, fabrik deyil ki, qazancı olsun.
Amma ölkənin ən rüşvətxor ali məktəbi- NARXOZ-u bitirən, ən pulgir ali məktəbi olan Kooperasiya institutunda uzun illər ASSİSENT işləyən, imtahanlarda tələbələrdən pul yığan Firudin Qurbanov gecə yatsa yuxusuna da girməzdi ki, nə vaxtsa Təhsil nazirinin müavini olacaq.
Bu adamın ən böyük arzusu DOSSENT olmaq idi.
Amma köç geri qayıdanda axsaqlar qabağa düşən kimi Firidin Qurbanovlar da qabağa düşdü.
Çox təəssüf ki, son illər Azərbaycan təhsili Firudin Qurbanov kimi “Narxozu” bitirənlərin əlinə keçdi.
Nazirlikdə olan az-çox təcrübəli pedaqoq alimlər, peşəkar təhsil mütəxəssisləri uzaqlaşdırıldı.
Bu adam uzun illər Kooperasiya İnstitutunda çalışıb. Həmin institut ölkədə ən rüşvətxor ali məktəb kimi tanınırdı.
Bu adam Futbol Federasiyasının prezidenti olub.
Axı, futbol hara, Təhsil Nazirliyi hara ?
Sonra cənab Qurbanov 2014-cü ildə təhsil nazirinin müavini oldu.
Və sonra cənab Qurbanov təhsil nazirinin müavini olmaqla bərabər, BDU-nun rektoru oldu.
Bu dünyada analoqu olmayan məsələdir. Nazir müavini həm də BDU-nun rektoru oldu. Yəni bir əldə iki qarpız tutmaq kimi.
Həm də malyarı-rəngsazı rəssam qoymaq kimi…
Bəli, qısa vaxtda malyar-rektor Firudin Qurbanov xarici ölkələrdən Bakıdakı ali məktəblərə olan köçürmə-“perevod”ların qiymətini dəfələrlə artırdı. BDU-da ikinci ali təhsil alanların kəsrlərini neçə min dollara sildirdi ? (Lazım gələrsə adını da yaza bilərik).
A qiymətləri yazdırdı ? Və rüşvət yığımına start verdi ?
Firudin Qurbanov nazir müavini kimi orta məktəblərə müəllim düzəltmək, şagirdlərin yerdəyişməsi və s məsələlərdən əməlli-başlı pul qazandı və Avropada biznes qurdu. Onun biznesini Avropada qardaşı idarə edir. Buyurun tanış olun:
Medianın yaydığı məlumata görə, Sloveniyada FİREM D.O.O. (Məhdud Məsuliyyətli Cəmiyyəti) 2014-cü il fevralın 9-da qeydiyyatdan keçirilib. Sloveniya mənbələrinin məlumatına görə şirkət xidmət və ticarət sahəsində fəaliyyət göstərir. Direktoru Firudin Qurbanovdur.
Şirkət 6671381000 saylı lisenziya ilə Sloveniyanın şərqindəki kiçik Rogaška Slatina şəhərində, Celjska cesta 6 ünvanında hüquqi qeydiyyata alınıb. Sözügedən ünvanda isə şəhərin 4 ulduzlu "Slatina" oteli yerləşir. Eyni ünvanda daha bir şirkət - HOTEL SLATINA d.o.o. qeydiyyatdan keçib.
Təsəvvür edirsiniz, bu adam heç nədən çəkinmədən Sloveniyada öz adına şirkət açır, bizneslə məşğul olur.
Firudin Qurbanov üçün məmur uşaqlarının imtahanlarını tapşırmaq, qayıb sildirmək də biznesdir. Bu adam az vaxtda öz qohum-ərəbasını da təhsil sahəsinə doldurub.
Yəni bu adam təhsil nazirinin müavini deyil, sanki tayfabaşıdır.
Cənab Prezidentimiz İlham Əliyev 2003-cü ildə Prezident seçiləndə ilk müsahibəsində demişdir: “ Biz tayfa psixologiyası ilə uzağa gedə bilmərik”.
Başa düşdünmü, cənab Qurbanov…?