ABŞ kəşfiyyatı Rusiyanın Ukraynaya 175 minlik orduyla hücuma hazırlaşdığını açıqlayıb. Bildirilib ki, Ukrayna sərhədinə də 50 taktiki bölmə yerləşdirilib, yazdan bu yana yığılma iki dəfə artıb.
İfadetv.com Teleqraf.com-a istinadla xəbər verir ki, Amerika kəşfiyyatının “Vaşinqton Post” qəzetinə sızdırdığı sənəddə Rusiya ordusunun gələn ilin əvvəlindən etibarən Ukraynaya müxtəlif cəbhələrdən hücuma keçəcəyi iddia edilib.
Rus qüvvələrinin tutacaqları mövqelərinin yer aldığı sənəddə Rusiyanın 175 minlik qüvvəsi ilə Ukraynanı işğal etməyə cəhd edəcəyi deyilib.
Sənəddə iddia olunur ki, yeni artilleriya və atıcı texnikalarla yanaşı, 50 taktiki bölmə Rusiya tərəfindən Ukrayna sərhədinə yaxın bir neçə nöqtəyə yerləşdirilib.
