Elçin Əsədov Neftçalada fermerləri su ilə imtahana çəkir ..
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin rəsmi saytı olan mst.gov.az-a daxil olan kimi ilk olaraq Ulu Öndərin şəkili və dediyi sözlər diqqəti cəlb edir:
Meliorasiya və su təsərrüfatı bizim SƏRVƏTİMİZDİR, bu sərvətdən SƏMƏRƏLİ istifadə etməliyik.
İndi görək, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti sudan SƏMƏRƏLİ istifadə edirmi ?
Bir neçə ay əvvəl Prezident İlham Əliyev cənabları su problemləri ilə bağlı XÜSUSİ MÜŞAVİRƏ keçirərək demişdir ki, su itkilərimiz dözülməzdir:
“Su məsələlərinin həlli ilə bağlı xüsusi müşavirə keçirmişdim, Tədbirlər Planı qəbul edilib və artıq icra olunur. Amma itkilər 40-50 faiz səviyyəsindədir. Baxmayaraq ki, son vaxtlar bu sahəyə böyük vəsait qoyulub, müasir infrastruktur yaradılıb, lakin yenə də itkilər var”.
Birincisi, Ulu Öndərin dediyi SƏMƏRƏLİ istifadə edin hara, 40-50 faiz su itkisi hara ?
İkincisi, cənab Prezident İlham Əliyev deyir ki, bu sahəyə böyük dövlət vəsaiti qoyulub.
Yaxşi, dövlət vəsaiti hara gedib ki, 40-50 faiz su itkisi var ?
Ayrılan dövlət vəsaiti gedib, Elçin Əsədov kimilərin cibinə.
Bəli, milyonlarla dövlət vəsaiti buxarlanmayıb, yox olmayıb, konkret ciblərə, şəxsi hesablara gedib.
Söhbət ASC-nin tabeçiliyində olan Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi Elçin Əsədovun korrupsiya əməllərindən gedir.
Elçin Əsədovun əməllərinə keçməzdən öncə ASC-nin yeni rəhbəri hörmətli Zaur Mikayılova bir neçə sualımız var.
Cənab Mikayılov, sonuncu iş yeriniz Supermarketdə icraçı direktor olub və 1 ildir ki, ASC-nin sədrisiniz.
Bir il özlüyündə az müddət deyil.
Cənab Mikayılov, biz başa düşürük ki, 40-50 faiz itkinin olduğu bir quruma rəhbər gəlmisiniz, yəni vəziyyət nəinki ürəkaçan deyil, hətta ürəkbulandırandır.
Çünki dünyanın heç bir yerində İTKİ 40-50 faiz ola bilməz. Deməli, ASC-nin sədr müavinləri Rafiq Aslanov, Zakir Quliyev, Aparat rəhbəri Cahan Məmmədov və başqaları ölkə başıçısına bilərəkdən səhv məlumat verirlər.
Cənab Mikayılov ! Bir daha təkrar edirik ki, sizin rüşvət və korrupsiya içərisində boğulan bir quruma rəhbər gəldiyinizi başa düşürük.
Amma sədr olduğunuz 1 il müddətində nəsə etməli idiniz, axı…
Siz 1 il müddətində ASC-ni korrupsiya bataqlığına salan müavinləriniz Rafiq Aslanovdan, Zakir Quliyevdən və Aparat rəhbəri Cahan Məmmədovdan qurtula bilmədiniz.
Niyə…?
Axı, 40-50 faiz su itkisini, əslində yüz milyonları talan edən bu adamlar olub. Siz bunlarla necə işləyirsiniz ?
Onlar sizə nə göstərdi ki, siz onlarla işləmək qərarına gəldiniz ?
Cənab Mikayılov ! Sizin rəhbəri olduğunuz qurumun stukturuna baxnda adamı dəhşət bürüyür.
Azərbaycanda heç bir nazirliyin, komitənin bu boyda sturkturu, idarə, şöbə, sektor müdirləri yoxdur.
Sizin regionlarda nə qədər qurumlarınız, təşkilatlarınız var. ASC-nin mərkəzi aparatında nə qədər şöbə var. Bunlar hamısı dövlətdən maaş alır ee…
Bu boyda qurum kimə lazımdır ?
Niyə təklif vermirsiniz, niyə islahatlara getmirsiniz ?
Axı, cənab Prezident siz cavanları vəzifələrə islahatçı kimi təyin edib.
Bəs, Allah qoymasa, nə vaxt islahatlara başlayacaqsınız?
Nə vaxta qədər Rafiq Aslanovlar, Zakir Quliyevlər….Elçin Əsədovlar millətin qanını soracaqlar ?
Bəli, cənab Mikayılov, Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi Elçin Əsədovun dövlətdən oğurladığı pullar Neftçala rayonunun büdcəsindən dəfələrlə çoxdur.
Cənab Mikayılov, Neftçala sakinləri bizə yazır ki, Xol zonasında 1 həftədir su yoxdur. Sakinlər yazır ki, hətta Elçin Əsədov suvarma kanallarında olan və suyun səviyyəsini tənzimləyən qapıları satıb.
Cənab Mikayılov !
Rəhbəri olduğun ASC-nin Mərkəzi Aparatında yekə bir şöbə var, xeyli də işçisi dövlətdən maaş alır
Sənədlərlə, vətəndaşların müraciətləri üzrə iş və təsərrüfat şöbəsi…
Cənab Mikayılov, vətəndaşların müraciəti ilə məşğul olan şöbə sizə məktubları niyə vermir ?
Əgər verirsə, siz niyə bircə dəfə də olsun reaksiya vermirsiniz ?
Cənab Mikayılov !
Elçin Əsədovun idarənin balansında olan texnika, avadanlıq və mexanizmləri köhnəlmiş adı ilə balansdan çıxardaraq satıb yüz minlər qazanmağından xəbərin NİYƏ YOXDUR ?
Elçinin keçirdiyi saxta tenderlərdən də xəbərin yoxdur, cənab Zaur Mikayılov ?
Elçin Əsədov deyir ki, “bir meşok” verib bu vəzifədə oturmuşam.
Niyə bircə dəfə soruşmadın ki, ay Elçin, o meşokda nə var idi ?
Cənab Zaur Mikayılov, Elçin Əsədov idarəyə məxsus köhnə avadanlıqları, nasosları “kraska”layaraq təzə adı ilə sənədləşdirir və milyonları mənimsəyir, fermerlərdən 5 dəfə artıq rüsum tələb edir, idarəyə ayrılan yanacağı satır, transformatorları, elektrik mühərriklərini, nasos aqreqatlarını satır.
Bunları niyə Elçin Əsədovdan və onun kimi tabeliyində olan qurum rəhbərlərindən soruşmursan, ay Zaur Mikayılov ?
Bəs, onda 1 ildir nə ilə məşğulsan, ay Zaur Mikayılov ?
Müavinlərin Rafiq Aslanov, Zakir Quliyev səni nə tez ovsunladı, ay Zaur Mikayılov ?
Cənab Zaur Mikayılov, nə qədər ki, Rafiq Aslanovlar, Zakir Quliyevlər, Elçin Əsədovlar “suyun başında dayanıb” sənə suallarımız çox olacaq. Hazır ol !
P.S Əziz dostlar, biz bir dəfə danışdıq ki, bizi assalarda, kəssələrdə heç kimin yazısını çıxardan deyilik. Biz yorulduq dinləməkdən, amma siz üz vurmaqdan yorulmursuz. Adamın bir abır-həyası olar.
gundelik baki.com
Teref.az olaraq məqaldə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az