Rusiyanın “Kommersant” nəşri xəbər verir ki, ABŞ-ın Müdafiə Nazirliyinin – Pentaqonun rəsmi təmsilçisi Con Kirbi Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun Donbassda Amerikanın özəl hərbi şirkətlərinin kimyəvi silahların istifadə ediləcəyi bir təxribat hazırladığı barəsində açıqlamasını şərh edib. Cənab Kirbi nazir Şoyqunun bəyanatının “tamamilə yalandan ibarət” olduğunu söyləyib.
Pentaqonun saytı Kibrinin brifinqdəki çıxışından sitat gətirib: “Nazir Şoyqunun bu bəyanatı tamamilə yalandan ibarətdir. Qətiyyən həqiqət deyil”.
Dünən Rusiyanın Müdafiə Nazirliyinin Kollegiyasının genişləndirilmiş iclasında çıxış edən Müdafiə naziri Sergey Şoyqu Amerikanın özəl hərbi şirkətlərinin Ukraynanın şimalında rusiyapərəst separatçılara qarşı “kimyəvi maddələrdən istifadə ediləcək təxribat” hazırladığını iddia etmişdi. Onun sözlərinə görə, bu məqsədlə Avdeevka və Krasnı Liman yaşayış məntəqələrinə naməlum kimyəvi maddə ehtiyatı gətirilib, əraziyə ABŞ-ın özəl hərbi şirkətlərinin 120 nəfərdən artıq əməkdaşı yerləşdirilib.
Hürr Tərcüman
