Rusiyanın Jeleznovodsk şəhərində Qafqaz Mineral Sularının ən iri sağlamlıq mərkəzlərindən biri olan beşulduzlu “İstoçnik Jeleznovodsk” sanatoriya tipli oteli açılıb. virtualaz.org xəbər verir ki, bu haqda şəhər administrasiyasının mətbuat xidməti bildirir.
Sanatoriya şəhərin mərkəzində, yarımqəzalı vəziyyətdə olan binanın yerində üç il ərzində tikilib başa çatdırılıb. Cəmi 500 yerlikdir və layihəyə 2 milyard rubla yaxın investisiya yatırılıb.
Stavrapol qubernatorunun mətbuat xidmətinin informasiyasında deyilir ki, sanatoriya xarici investisiya hesabına tikilib, investor isə Azərbaycan şirkətidir. Açılış mərasimində layihənin investoru Əsabil Qasımov (azərbaycanlı biznesmen-oliqarx, keçmiş deputat, - red.) və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak edib.
Sanatoriyanın müasir tibbi və SPA-avadanlıqları ilə təchiz olunduğu bildirilir. Orada geniş spektrda xroniki xəstəliklər, o cümlədən dayaq-hərəkət sistemi xəstəlikləri, maddələr mübadiləsinin pozulması və s. müalicə olunacaq.
Əsabil Qasımov 2016-ci ildə Yessentukidə 1.5 milyard rubl investisiya hesabına 400 yerlik “İstoçnik” sanatoriyasını açmışdı.
pia.az
Şahidi olduğunuz h