"MƏTBUATIN MƏHVİ- DİKTATURANIN TƏNTƏNƏSİ DEMƏKDİR, CƏNAB TROLLAR"
DİA.AZ: - 22 iyul Milli Mətbuat Günüdür. Tarixindən danışmayacam. Mətbuatımızın yaranış günü kimi bu təqvimə istinad etməkdəyik.
Amma Milli Mətbuatımız ÖLÜM AYAĞINDADIR, KOMADADIR. Və ola bilsin ki, 30 dekabrda mətbuatımızı birdəfəlik gömsünlər. Qəbrə qoysunlar.
Hər halda qırımlarından elə hiss olunur.
Elə anlaşılır ki, bütün dəyərlərə tüpürüb mətbuatı DƏFN EDƏCƏKLƏR.
Ortalıqda danışanları da görürük. Əslində mətbuata hər zaman biznes kimi baxan və bu gün mətbuatı özlərinin xəbis və cılız ambisiyalarının təminat yeri kimi görənlər əslində nələrin baş verəcəyinin fərqinə vararaq MEDİAMIZIN kökünə balta vurmaqla məşğuldurlar.
Buna etiraz edənləri ucdantutma VƏTƏN XAİNİ kimi təqdim etməyə çalışırlar.
Sanki Mətbuatın qeydinə qalmaq, onun başına açılan, açılacaq oyunlara reaksiyasızlıq nümayiş etdimrək bir xəyanət imiş...
SOROS-a da caladılar.
Halbuki dünənə qədər özləri elə SOROS-MOROS qarışıq Əli Həsənovun qucağında oturub bizləri XAİN kimi ittiham edirdilər.
Ona görə məhv edə bilmədilər ki, hər zaman milli dəyərlərə söykəndik və sonda da milli dəyərlərə sığındıq...
Necə ki, dindarlar dara düşəndə Allahlarını çağırırlar, biz də millətimizi köməyə çağırdıq.
Ona görə də bizdən XAİN düzəldə bilmədilər bu illər ərzində...
Ev də vermədilər, mükafat da almadıq, hansısa müsabiqələrinin qalibi də olmadıq.
Dedilər ki eləcə LƏKƏLİSİNİZ!!!
Bunlara görə, millətini sevmək, barmaqlarını BOZ QURD istiqamətinə düyünləmək LƏKƏ İMİŞ...
Halbuki 30 ilin yekununda 44 gün ərzində məhz barmağı BOZ QURD düyünlülər bu millətə TORPAQ QOXUSUNU yenidən bəxş etdilər...
Harda görünüb ki, xainlə yol gedəsən?
Harda görünüb ki, xainlər nəsə MÜQƏQƏDDƏS olanı əldə etsinlər?!
***
İndi də bizi xain çıxarmaq eşqinə düşüblər. Etiraz edənlərin birini Sorosa calayırlar, digərini də rəngli inqilablara...
Balaca uşaq kimi dədədlərinin müdafiəinə qalxırmış kimi görünürlər.
Biz isə hrə zaman DÖVLƏTİMİZİN yanında olduq.
Bu gün isə DÖVLƏTİMİZ İlham Əliyevin adındadır və bu xəbislər elə zənn edirlər və yaxud da elə təqdim etməyə çalışırlar ki, Milli Mətbuatla bağlı hansısa xəbis planlamaya etiraz bildirmək DÖVLƏTƏ QARŞI getməkdir.
Amma şəxsən bəndəniz bu dövlətin hər bir qum dənəciyini belə həmin xəbislərin sürüsündən müqəddəs sayan biridir və hər zaman bu dövlət uğruna canını fəda edənlərdəndir.
***
Ona görə də məni sözüm, hansısa Sorosa-Morosa deyil... Heç əvvəlində də onlara istinad etməmişəm. Onlar zatən biz türk millətçilərini sevməyiblər.... Sevə də bilməzlər...
Ona görə də sözüm Dövlətimizin BAŞÇISINADIR! Cənab Prezidentimizə...
Güvənirəm. İnanıram ki, Prezidentimiz İmkan Verməyəcək ki, 30 dekabr mətbuatımızın DƏFNİ GÜNÜ kimi tarixə düşsün.
Bir az səbrlə yanaşılsın, düşünülsün...
Bu yeni düzən əslində ümumAzərbaycan maraqlarını hədəfləməkdədir.
***
QEYD: Sonda da bir qeydi edim. Yəqin ki, bu qanun layihəsi sona qədər getməyəcək... Prezidentimiz buna aman verməz...
Məhəmməd Ərsoy
DİA.AZ-ın baş redaktoru