30 il əvvəl Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqlı addım idi. Bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-formal sammitində çıxışında bildirib.
“Son illər və onilliklər ərzində çox şey kəskin şəkildə dəyişdi. Eyni zamanda, qeyd etmək istərdim ki, təşkilatın yaradılmasının özü, şübhəsiz ki, haqlı addım idi”, - Putin vurğulayıb.
Bəli, Putin MDB-ni dağılmış SSRİ-nin bazası kimi görür. 2000-ci ilin yanvarın 1-dən Kremldə baş vermiş növbəti saray çevrilişi əsasında hakimiyyətə gətirilmiş Vladimir Putinin qarşısına Rusiyanın dərin dövlətini təmsil edənlər şərt qoymuşlar ki, əvvəlcə Rusiyanı iqtisadi tənəzzüldən xilas etməli və sonda Sovet İmperiyasını nəyin bahasına olur olsun bərpa etməlisən. Doğrudan da zaman göstərdi ki, hakimyyətə gəldiyi zaman "-" 265 mlrd dollar borcu olan Rusiya 3 il ərzində daxili iqtisadi islahatlar nəticəsində büdcəsi + 350 mlrd. dollara əlavə qazanc əldə etdi. Yəni, Putinin qarşısına qyulmuş 1-ci tapşırıq yerinə yetirilmişdir. İndi qalır əsas məslə - imperiyanın bərpası. Artıq RF-nın Azərbaycanda, Gürcüstanda, Moldovada və Ukraynada müxtəlif adlar altında zəbt etdiyi torpaqlar ondan xəbər verir ki, Rusiya imperiyası bu torpaqları bir şərtlə azad etməyi öhdəsinə götürəcəkdir. Yenidən SSRİ-nin bərpasına və təşkilinə hər bir respublika öz müstəqilliyindən əl çəkməklə razılıq verməlidirlər. Düzdür, hələlik bu təzyiqlərdən yalnız Belorusiya nəticə çıxarmaq zorunda qalmış və "ağ bayrağı" qaldırmışdır. Əgər 2022-ci ildə nəticələr olmazsa, Rusiya öz məkrli planını işə salacaq. Yəni, əvvəlcə Ukraynanı, Azərbaycanı, Gürcüstanı və sonda Moldovanı öztorpaqlarına hərbi gücdən istifadə edərək qatacaq. Dərhal bundan nəticə çıxaran Orta Asiya respublikaları da, əllərində "aö bayraq" Kremlə üz tutacaqlar. Hər halda görünən Kreml planları 1999-cu ildən hazırlanmışdır və həyata keçirilməsinin vaxtıdır. Xatırladaq ki, 1991-ci ildə SSRİ-nin dağılması ərəfəsində avqust ayında bir dəstə hərbçilərin törətdiyi QKÇP adlı baş utmayan hərbi çevriliş də buna hesablanmışdır. Və sonda ölməkdə və can verməkdə olan SSRİ-nin rəsmən tarixdən silinməsilə nəticələndi. İndi də SSRİ-nin yenidən bərpa edilməsi üçün hazırlanmış "Putin planı" da güman edirik ki, sonunda Rusiyanın ayrı ayrı yeni dövlətlərə parçalanması ilə bitəcəkdir. Necə deyərlər, yaşayarıq görərik.
İFADETV-nin siyasət şöbəsi