Dünən SOCAR-a 17 illik rəhbərlik etmiş, vaxtilə KAMAZ sürücüsü kimi tanınmış Rövnəq Abdullayev prezidenti olduğu qurumdan uzaqlaşdırldıqdan sonra burada kök salmış onun bütün qohum-əqrəbaları, o cümlədən Xıncov kəndinin uşaqları üçün "soyuq düş" effekti yaratmışdır. son 24 saat ərzində hələ də özlərinə gələ bilməyən adi real təhsilləri olmayan bu adamlar yığını ciddi narahatçılıqlar keçirməyə başlayıblar. Rövşən Nəcəfin "tələ yiyəsi" kimi qəfil peyda olması onu deməyə əsas verir ki, Xıncov kəndinin uşaqları ən yaxşı halda 17 il yığdıqlarından 16 ilinin haqq-heasbını qaytarmaq məcburiyyətində qalacaqlar.
SOCAR Azərbaycanın ən strateji qurumudur, az qala ölkəmizin brendidir.
Amma bu qurumda çalışanların bir kəndin adamları olduğunu görəndə adam xəcalət çəkir. XXI əsrdə tayfa, mağara düşüncəsi ilə...
Buyurun bir daha siyahı ilə tanış olun.
1. Rövnəq Abdullayevin dayısı oğlu — Anar Əliyev — ən böyük neft maqnatlarından biri,
2. Rövnəq Abdullayevin digər dayısı oğlu — Bədəl Əliyev — SOCAR Informasiya Texnologiyaları Departamentində satınalmalar üzrə menecer vəzifəsində çalışır,
3. Rövnəq Abdullayevin başqa dayısı oğlu — Nihad Əliyev -SOCAR-da satış direktorudur,
4. Rövnəq Abdullayevin dayısı — Nüsrət Əliyev — Neft Emalı zavodunda Qaz sektorunun müdiridir,
5. Rövnəq Abdullayevin digər dayısı Azad Əliyev — Neft Emalı zavodunda Kislorod sektorunun müdiridir,
6. Rövnəq Abdullayevin digər dayısı oğlu ( Azad müəllimin oğlu ) Rəsul Əliyev — SOCAR-da mühüm vəzifə daşıyır,
7. Rövnəq Abdullayevin dayısının baldızı oğlanları Suraxanı OYL Əməliyyat Şirkətinin və Balaxanıneftin rəhbərlərdir,
8. Rövnəq Abdullayevin dayısının nəvələri — Ramil və Nail Əliyev qardaşları uyğun olaraq “EKOL”-un rəisi və Neft-Yağ Emalı zavodunun rəisidir,
9. Rövnəq Abdullayevn qaynatası (həm də doğma əmisi ) Adəm müəllim — SOCAR-da Demontaj sektorunun rəisidir,
10. Rövnəq Abdullayevin bacanağı Mehman SOCAR-ın Təchizat Departamentinin rəisidir.
Bu siyahı uzundur. Amma... sabah əsas cavab verəcək şəxslər də bunlardır.
İfadetv.com