Babayev Sahil HƏBS OLUNA BİLƏR - 1000 nəfərin imzasıyla Prezidentə müraciət olundu
Ölkə mediasında və sosial şəbəkələrdə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin və nazirliyin struktrularındakı korrupsiya əməlləri barədə xəbərlər artmaqdadır.
Ancaq irimiqyaslı faktlar ortada olsa nə nazir, nə də onun işçiləri məsuliyyətə cəlb olunub. gununsesi.info xəbər verir ki, Sahil Babayevin barəsində cinayət işinin başlanması üçün ölkədə imzatoplama kampaniyası keçirilib.
Bu barədə Gununsesi.info-ya açıqlama verən ictimai fəal Bəxtiyar Hacıyev bildirib ki, 1000 nəfərin imzasıyla Prezidentə, Baş Prokurora və DTX rəisinə rəsmi şikayət göndərilib:
“Sahil Babayevin 160+ milyonluq dövlət satınalmaları, bir binanı 27 milyon manata təmir etməsi və s. şübhəli məqamlar barədə 1000 nəfərin imzası ilə şikayət göndərildi. Xahiş etmişik ki, bu əməllərdə qanun pozuntuları olub-olmaması araşdırılsın.
Tarix üçün biz vətəndaş olaraq öz müraciətimizi etdik. Onların cavablarını gözləyək”.
P.S. Bəli, müraciətdən də göründüyü kimi bir sıra qaranlıq mətləblər üzə çıxmaqdadır. Nazirin Azərbaycanda yeganə ölkə olaraq hər bir uşağa görə 100 manat verilməsinin qəbuledilməzliyindən dəm vurmasının motivləri görünməkdədir. Sən demə, S.Babayev yetim yesirin təqaüdlərini kəsməklə dövlət büdcəsinə edtiyi yarım milyon pul qənaətini xırıd etmək üçün yerini yaxşıca tapıbmış. Və ona tapşırılan əsas strategiya da bundan ibarətdir ki, Azərbaycanda doğum sayının qarşısının alınması və gələcək Ordunun bazasının zəiflədilməsi üçün heç bir halda "uşaqpulu" islahatına gedilməməlidir. Təbii ki, burda nazirin 2018-ci ildə təqdimatını vermiş Ramiz Mehdiyevin də məsləhətləri az rol oynamır.
İfadetv.com