Bir müddət öncə Ağsu rayonu, Kalva kənd sakini, Birinci Qarabağ müharibəsi veteranı Hacıyev Alov Ağasan oğlu tərəfindən redaksiyamıza şikayət ərizəsi daxil olmuşdu. Şikayətdə Ağsu rayon İH-nin Kalva kənd ərazi nümayəndəsi Cavid Qədirovun hüquqpozmaları barədə faktlar yazılmışdır. Məsələnin ciddiliyini- dövlət məmurunun öz vəzifəsindən süi-istifadə etməklə, dövlət büdcəsindən zəlzələdən zərər çəkmiş sakinlərə nəzərdə tutulan vəsaitlərdən özünə və yaxınlarına qanunsuz istifadə etməsi, kənd sakinlərinə müxtəlif sənədlərin düzəldilməsi müqabilində rüşvət alaraq işi icra etməyən və beləliklə çoxsaylı vətəndaşların haqlı narazılığına səbəb olan bu məmurun əməlləri barədə yerli KİV-də də xeyli araşdırm yazılar verilmişdir. Nəhayət 1-ci Qarabağ Müharibə veteranı Alov Hacıyevin çoxsaylı şikayətlərindən sonra Baş prokurorluğun təqdimatı əsasında Ağsu rayon Prokurorluğunda Cavid Qədirova qarşı Cinayət Məcəlləsinin 308 ( rüşvətalma) və 178.3.2 ( dələduzluq) maddələri üzrə cinayət işi başlanmışdır. Son məlumata görə C.Qədirovun bütün yaxın qohum-əqrəbaları şikayətçi A.Hacıyevə mnnətçi düşərək evinin kosmetik təmirini öz üzərilərinə götürmüşlər. Təki, A.Hacıyev şikayətini geri götrsün. A.Hacıyevin bildirdiyinə görə o C.Qədirovun qohumlarının bu təklifilə razılaşmamışdır. Onun istəyi dövlət büdcəsindən vaxtilə onun evi üçün ayrılmış vəsait hesabına digər 35 yeni tikilən ev kimi 1946-cı ildə inşa edilmiş və zəlzələdən sonra tam yarasız vəziyyətə düşmüş evinin yenidən tikilməsini qanunvericiliyə uyğun tələb edir. Digər mənbənin verdiyi məlumatdan aydın olur ki, Kalva kənd icra nümayəndəsi C.Qədirov özünü vəzifədə saxlamaq üçün son 1 ildə göstərdiyi çabalardan sonra aldığı rüşvətlərdən və taladığı dövlət vəsaitlərindən əlində bir ev tikib təhvil verəsi qədər imkanı qalmamışdır. Ona görə də vaxtilə kənd ağsaqqallarının yanında üstünə hücum etdirdiyi və söyüşlərlə təhqir etdrdiyi arvadı və oğlu Azəri Alovun yaxınlarının evinə minnətə göndərir ki, A.Hacıyevə qarşı səhv hərəkət etmişik. Bağışlasın Cavidi ki, onu həbs etməsinlər. Lakin Alov Hacıyev şikayətinin geri götürəcəyini o halda mümkün hesab etmişdir ki, onun şikayəti əsasında FHN-nin komissiysı tam qəzalı evə yerində baxış keçirdiyi zaman kənd icra nümayəndəsi qəti olaraq komissiyaya imkan verməmişdir ki, evin faktiki qəzalı olmasını təsdiq edən akt tərtib edilsin.Ona görə də Qaraağ qazisi A.Hacıyev cənb C.Qədirovdan tələb edir ki, şəxsi münasibətlərə görə etdiyi qanunsuz hərəkətin hüquqi nəticələrini öz hesabına aradan qaldırmaqla qanuni formada yeni evin inşaasına təcili başlanmasına nail olduğu halda gedib yerli prokurorluqda şikayətini geri götürməyi düşünür. İcra nümayəndəsi cənab C.Qədirov isə redaksiyamıza bildirmişdir ki, həqiqətən Alov hacıyevin evinin təmiri və ya yenidən tiklməsi üçün müraciəti əsasında onun adı siyahıda 38-ci olmuşdur. Və necə olubsa onun adı sonradan siyahıdan çıxarılıb. İndi biz çalışmalıyıq ki. A.Hacıyevin evinin inşası üçün FHN-nə yenidən rəsmi müraciət edək. Bu arada FHN-nin Tikintidə Təhlükəsizlik Qaydaları İdarəsinin əməkdaşı A.Hacıyevə telefonla bildirmişdir ki, C.Qədirovun birbaşa göstərişi nəticəsində sizin evin yenidən tiklməsinin qarşısı alınmışdır. Artıq sizin yenidən müraciət etməyinizin heç bir əhəmiyyəti yoxdur. İdarəmiz tərəfindən məsləyə bu ilin əvvəlində iki dəfə baxılmış, mütəxəssislər göndərilmiş lakin yerli icra nümayəndəsi A.Hacıyevin evinin yenidən tikintisi və ya əsaslı təmir edilməsinin qarşısı bizə məlum olmayan səbəblərdən alınmışdır." Budur, indi hörmətli oxucu özü nəticə çıxa bilər.
A.Hacıyevin şikayətlərindən bir hissəsinini yenidən təqdim edirik:
“Mən, Alov Hacıyev Ağsu rayonun Kalva kənd sakini olaraq bu kənddə yaşamış və Vətənin müdafiəsi üçün qardaşlarım Asətlə birlikdə Ağsu rayonun Hərbi Komissarlığından könüllü olaraq döyüşlərdə iştirak etmişik. Sonra isə daxili işlər orqanlarında xidmətimi davam etdirmişəm. 5 il sağamlığımı qoyub gələn vətəndaş kimi bildirmək istəyirəm ki, doğma Ağsu rayonumda mənim kimi insanlara qarşı yerli məmurların etinasız davranışlarını, məsuliyyətsizliyini, süründürməçiliyi hərdən düşmənə güllə atmağımıza da peşman edir. Axı biz vətənimizi ona görə qorumamışıq ki, özlərini məmur hesab edən savadsız adamlar kimlərəsə axralanıb millətin başına min bir oyun açmasınlar. Belələrindən biri də mən də daxil Ağsu rayonun Kalva kəndində yaşayan bütün qohum-əqrəbalarıma qarşı ayrıseçkilik kampaniyası aparan və aparmaqda davam edən kənd icra nümayəndəsi Qədirov Cavid Əlistan oğludur”,- deyə bildirib.
Şikayətçinin sözlərinə görə, Cavid Qədirov öz vəzifə səlahiyyətlərindən süi-istifadə etməklə kənd sakinlərinin başına olmazın oyunlar açır
Qarabağ veteranı Alov Hacıyevin evi
“Belə ki, vətəndaşa lazım olan mülkiyyət sənədinin alınması, və s. işlərin görülməsi üçün sakinlərdən bəri başdan rüsum adı altında külli-miqadarda pul alır, amma sonra işini düzəltmir. İllər uzunu vətəndaşları süründürməçiliyə salmaqla aldığı pulu və mənimsədiyi pulu qaytarmır, əksinə, işi də düzəltmir və insanları daima stress altında yaşatmaqla xüsusi zövq alır. Belə sakinlərdən biri də doğma bacım oğlu Cəbrayılov Oktay Dadaş oğludur. Atamız Ağasan Hacıyevin sağlığında öz şəxsi həyətyanı sahəsindən nəvəsi Oktay üçün bağışladığı 3 sot torpaq sahəsinin sənədlərini düz 6 ildir ki, düzəldib təqdim etmir. Oktay da bu süründürməçilikdən nə babasının ona bağışladığı torpağı sənədləşdirə bilir, nə də 6 il əvvəl verdiyi 600 manat rüşvəti geri qaytarıb ala bilir.
Digər kənd sakini Gözəlov Zaur Yaqub oğlu da Cavid Qədirovun əlindən eynilə Oktayın yaşadığı süründürməçiliyə məruz qalıb. Belə ki, Zaur da evinə çıxarış sənədi alınması üçün 3 il əvvəl atası Yaqubun İcra nümayəndəsinə verdiyi 150 manatın, sonra pulun az olmasını bildirdikdə isə özünün verdiyi 300 manatın və dalınca rəhmətlik əmisinin də bu sənəd üçün verdiyi 500 manat, cəmi 950 manat rüşvətin müqabilində illərdir ki, sənədlərini ala bilmirlər. Cavid bu kasıb adamları da süründürməçiliyə salıb hər dəfə bir bəhanə ilə müxtəlif nağıllar danışıb yola salır”.
Alov Hacıyev vurğulayıb ki, Kalva kənd icra nümayəndəsi Qədirov Cavid, Ağsu rayon İcra Hakimiyyəti Aparatının hüquqşünası olmuş Tofiq Kərimovla məsləhətləşərək cənab prezidentin 2019-ci ilin fevralın 5-də baş vermiş zəlzəldən sonra kənd üçün ayırdığı 2 milyon manat vəsaitlə özlərinə məxsus topdağıtmaz kiçik villalarını təmir etdiriblər.
“2019-ci ilin fevralın 5-də baş vermiş məlum zəlzələ zamanı kəndimizdəki əsasən köhnədən tikilmiş evlərin divarlarında iri çatlar əmələ gəlmiş, pol sınmış, binövrə daşları uçub daxilə tökülmüş, yaşamaq üçün yarasız vəziyyətə düşmüşdür. Məsələn, mənim atamın hazırki analığımız Hacıyeva Gülsənəmin və mənim indi yaşadığım evi 1946-cı ildə sementsiz, torpaq və taxta materialı istifadə edilməklə daş hörgüsüilə tikilmişdir . Ona görə evimizin dörd tərəfindən çatlar əmələ gəlmiş və yaşamaq üçün yarasız vəziyyətə düşmüşdür. Eləcə də qardaşım Hacıyev Asəfin evinin zirzəmisində kürsü daşları uçaraq daxilə tökülmüşdür, sanki ev havada qalmışdır. Divarda çoxsaylı çatlar əmələ gəlmişdir. Digər qonşularım Şükürov Ağasəlimin, Əsədov Yalçının, Salamov Yasirin, Mustafayev Rəşid Ərzuman oğlunun yaşadıqları evlər də yararsız hala düşmüşlər. Evləri qəzalı vəziyyətdə olan sakinlər indi də birlikdə qorxa-qorxa yaşayırlar. Dəfələrlə kənd və rayon rəhbərliyinə məsələnin həlli üçün xahişlər edilsə də 2 ildən çoxdur ki, gəlib yerində maraqlanan yoxdur. Elə bil ki, belə kənd sakinləri yox imiş. Çox şikayətlərdən sonra yerli icra nümayəndəsi Cavid Qədirov cavab verir ki, siyahıda adınız 38-ci dir. Təmir olunacaq. Lakin heç kim gəlmir, maraqlanmır.
İcra nümayəndəsi C.Qədirov özünə məxsus evi tam və əsaslı təmir etdirməklə yanaşı, yaxın adamlarının – atası Qədirov Əlistanın, əmisi Qədirov Talıstanın, qudası Niştayev Əhsanın, digər qudası Hilala təzə tikilib təmir olunan evlərini ehtiyac olmadığı halda yenidən dövlət vəsaiti ayırıb əsaslı təmir etdirdi. Hətta iş o yerə çatdı ki, Cavidin yaxın dostu olan Əjdərin də evini əsaslı təmir etməklə yanaşı, həyətində yeni bir irihəcmli yeni talvar da tikdirib təhvil verməyi unutmadı. Bizi kimi kasıblar da qaldıq bir tərəfdə. 1 il əvvəl biz sakinlərin verdikləri şikayətlərə cavab olaraq FHN-nin Daxili Təhlükəsizlik Baş İdarəsi rəisi Nazim Rüstəmovun 16 yanvar 2020-ci il tarixli cavab məktubunda qeyd edilir: “FHN-nin mütəxəssisləri tərəfindən yerli icra hakimiyyəti tərəfindən təqdim edilmiş siyahıya əsasən Ağsu rayonu ərazisində baş vermiş zəlzələdən ziyan dəymiş evlərin texniki vəziyyəti araşdırılmış və aktlar tərtib edilmişdir.” Yəni, FHN-nin səlahiyyətlisi bildirir ki, yerli icra orqanları bizə nə təqdim edirsə, onların evəri tikilir və bərpa olunur.”
Cavid Qədirovun törətdiyi korrupsiya hərəkətləri barədə yuxarı orqanlara gedən şikayətləri ört-basdır etmək və vəzifəsində qalması üçün Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini cənab Füzulinin köməkliyindən necə istifadə etmişdir. Şikayətlərə görə, mənim və digər yaxınlarımın adını da siyahısan tamamilə çıxarıb siliblər. Əvəzində isə Xatman kəndində yaşayan iki bacının Dürdanə və Dürrə adlı xanımların evlərini pul qarşılığında tikib təhvil verməyi söz veriblər. Hələlik bir bacının evi tikilib, O birisi isə gözləyir”.
Qarabağ veteranı Alov Hacıyevin evi
Şikayətçi bildirib ki, Cavid Qədirovun oğlu Azər Qədirov və həyat yoldaşı kənd ağsaqqallarının yanında ona hücum edərək təhqirlər səsləndirib və onu ölümlə hədələyib.
“Kəndimizin icra nümayəndəsi C.Qədirov prezidentin zəlzələdən əziyyət çəkən ailələrə köməklik məqsədilə ayırdığı pul vəsaitinə özünə, qohum-əqrəbalarına məxsus evləri tam bərpa- təmir işlərinə xərclədiyinə və mənim şikayətim əsasında aparılan yoxlamalar zamanı külli miqdarda ziyana düşməsinə görə, məni şantaj edərək qorxutmaq istəyir ki, guya mənə görə intihar etmək istəyirmiş. Xəbərdar edirəm ki, C.Qədirovun intihar edəcəyi təqdirdə şəxsən mən heç bir məsuliyyət daşımıram. Xahiş edirəm ki, saxta diplomla, rüşvətlər hesabına vəzifəsində qalaması üçün dəridən-qabırdan çıxan Cavid Qədirovun koruupsiya əməllərilə bağlı təxirəsalınmaz tədbirlər görəsiniz”.
Məsələ ilə bağlı Ağsu rayon İH ilə əlaqə saxladıq. İcra Başçısının köməkçisi Vüqar Atakişiyev bildirdi ki, vətəndaşın evi təmir siyahıya düşübsə, bu işə nə İcra Hakimiyyəti, nə də İcra nümayəndəsi qarışmır və yalnız təmir-tikinti şirkətləri bu işlə məşğul olur.
“Zəlzələdən sonra FHN nümayəndələri tərəfindən baxış keçirilib və qəzalı evlər siyahıya tutulub. Kimisi təmir olunmalı, kimisi isə yenidən tikilməli idi. Bir neçə təmir-tikinti şirkəti tenderdə uddu və gəlib oturdular rayonda. Prezidentin ayırdığı vəsait isə birbaşa onların balansına ayrılırdı. İcra Hakimiyyətinin, İcra Nümayəndəsinin buraya bir qarışacağı yox idi.
Torpağa sənəd almaq üçün rüşvət verilməsinə gəldikdə isə sənədi icra nümayəndəliyi vermir. Bu işə bələdiyyə baxır. Bütün torpaq sahələri Bələdiyyənin səlahiyyətindədir”,- deyə bildirib.
ifadetv-nin araşdırma qrupu
P.S. Məqalədə adları çəkilən şəxslərin mövqelərini də dərc etməyə hazırıq.
Redaksiya onu da bildirir ki, tərəflər arasında razılaşma və barışıq olacağı təqdirdə də məsələni dərhal ictimaiyyətin diqqətinə çatdırmağı planlaşdırmışıq.