“Avtomobil nəqliyyatı ilə ölkədaxil yüklərin daşınması üçün lisenziya, rüsum və icazə tələb olunması hansı dövlət orqanı tərəfindən tənzilmlənməsi” barədə Azərbaycan Respublikasının baş naziri cənab Əli Əsədova 17 yanvar 2022-ci il tarixində İFADETV.COM-un baş redaktoru olaraq göndərdiyimiz informasiya sorğusuna çox təəssüflər olsun ki, bu günə qədər bir rəsmi və ya qeyri-rəsmi olaraq cavab ala bilməmişik. Media orqanı olaraq bildidirk ki, bu çox təəssüfdoğurucu hal hesab olunur. Sorğumuzun dövlət və ictimai əhəmiyyətli olduğunu nəzərə alaraq onu bir daha mətbuat vasitəsilə cənab baş nazir Əli Əsədovun nəzərinə çatdırmaq istəyir və tezliklə cavabın veriləcəyini gözləyirik:
"Yük avtomobilləri idarə edən sürücülər tərəfindən redaksiyamıza verilən məlumatlardan aydın olur ki, ölkədaxili yüklərin daşınması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ASC-nin “Yolların Mühafizə MMC tərəfindən onlara yüklərinin daşınmasına görə lisenziyalarının olması tələb edilir və daşıdıqları yükə görə qanunsuz haqq alınır. Qaldırılan məsələnin nə dərəcədə qanunvericiliyə uyğun olub-olmamasını, hansı dövlət orqanı tərəfindən tənzimləndiyini dəqiqləşdirmək üçün bir sıra açıq suallara aydınlıq gətirilməsinə zərurət yaranmışdır. Belə ki, istər, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il, 17 sentyabrtarixli, 142 nömrəli qərarına əsasən qəbul edilmiş “Avtomobil nəqliyyatıilə yüklərin daşınması” Qaydalarına, istərsə də Azərbaycan Respublikasının “Avtomobil nəqliyyatı haqqında” Qanunun maddələrinə əsasən nəqliyyat vasitəsilə ölkədaxili yüklərin daşınması üçün tələb edilən lisenziya və icazələri verən dövlət orqanını müəyyən edə bilmədik. Nəzərə alsaq ki, “Nazirlər Kabinetinin 2009-cu il, 17 sentyabr tarixli, 142 nömrəli qərarına əsasən qəbul edilmiş “Avtomobil nəqliyyatıilə yüklərin daşınması” Qaydalarının 50-ci maddəsində qeyd edilir: “Bu Qaydaların yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.” Belə olan halda:
- Yerli avtomobil daşıyıcıları tərəfindən ölkədaxili daşımaların yerinə yetirilməsi üçün lisenziya və ya icazə tələb olunurmu?
- Ölkədaxili yüklərin daşınmasına nəzarəti AAYDA- ASC-nin həyata keçirməsi qanunauyğundurmu?
- Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi QAYDALARa uyğun olaraq AZAL və Azərbaycan Dəmir Yolları QSC-də olduğu kimi ölkədaxili nəqliyyat yüklərinin daşınması məsələsini tənzimləyə bilməzmi?
İFADETV.COM İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru İfadə Cəfərzadə