ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Rusiya istənilən vaxt, o cümlədən Qış Olimpiya Oyunları zamanı Ukraynaya növbəti işğala başlaya bilər. İfadetvf.com xəbər verir ki, “Reuters”in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Avstraliyada keçirdiyi mətbuat konfransı zamanı bildirib.
Blinken deyib ki, Vaşinqton “ABŞ-ın Ukraynadakı səfirliyinidə ixtisarlar etməyə davam edir və Dövlət Departamentinin Ukraynadakı bütün amerikalıları dərhal ölkəni tərk etməyə çağırdığını təkrarlayıb.
“Sadə dillə desək, biz Rusiyanın eskalasiyasının çox narahatedici əlamətlərini, o cümlədən Ukrayna sərhədinə yeni qüvvələrin gəlməsini görməkdə davam edirik”, - Blinken bildirib.
“Əvvəlcə dediyimiz kimi, biz elə bir vəziyyətdəyik ki, işğal hər an başlaya bilər və bura Olimpiya Oyunları zamanı da daxildir”, - dövlət katibi vurğulayıb.
Bildiyiniz kimi, fevralın 20-dək Pekində Qış Olimpiya Oyunları keçiriləcək.
