Azərbaycanın ən populyar futbol klubu olan «Qarabağ» futbol klubunun səhmləri satışa çıxarılıb.
FED.az xəbər verir ki, söhbət «Qarabağ Futbol Klubu» MMC-nin təsisçi payından gedir.
Təsisçi payını Cəmiyyətin ilk təsisçilərindən olan, mərhum Adil Nadirovun oğlu Sənan Nadirov satışa çıxarıb. Adil Nadirovun vəfatından sonra ona məxsus olan «Qarabağ Futbol Klubu» MMC-dəki 4851,88 miqdarında təsisçi payı vərəsəlik yolu ilə oğlu Sənan Nadirovun mülkiyyətinə keçib.
Qeyd olunan paylar hal-hazırda açıq satışa çıxarılmaqla, 300 000 manat qiymətinə təklif olunur.
Təkliflə maraqlanan şəxslər ifadetv@ elektron pomail.ru poçt ünvanına, yaxud +994 050 443 25 26, 055 206 90 24 telefon nömrəsinə müraciət edə bilərlər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.
IFADETV.COM
![](/uploads/posts/2022-06/medium/1656588564_1991651.jpg)