Dövlət Gömrük Komitəsinin İnsan Resursları idarəsinin rəisi, gömrük xidməti polkovniki Fərhad Babayev vəzifəsindən kənarlaşdırılıb.
Bu barədə TİA.Az xəbər verir. O, 2018-ci ildə bu vəzifəyə təyin olunmuşdu.
Elə həmin il Səfər Mehdiyevin komitə sədri təyin olunması F.Babayev üçün karyera pillələrində irəliləmək üçün yeni şans qazandırıb.
Buna səbəb kimi F.Babayevlə keçmiş komitə sədri S.Mehdiyevin tələbə yoldaşı olmalarıdır. Komitə sədri vəzifəsini itirən S.Mehdiyevin ardınca tələbə yoldaşı da işini itirib. Məlumata görə, onun yerinə Nərgiz Məmmədova təyin olunub. O, S.Mehdiyev komitə sədri olana qədər sözügedən idarənin rəisi idi. Lakin Mehdiyev Məmmədovanı kənarlaşdıraraq yerinə tələbə yoldaşı Babayevi təyin etmişdi. Şahin Bağırovun gömrükdə 1-ci müavin təyin olunmasından çox keçməmiş N.Məmmədova yenidən köhnə işinə qaytarılıb.
Verilən məlumatlardan o da aydın olmuşdur ki, Səfər Mehdiyev işlədiyi qısa müddət ərzində 1500 nəfər Nehrəm kənd sakinləri olan qohum və həmkəndlilərini Dövlət Gömrük Komitəsində işlə təmin etmişdir. Hal hazırda baş nazir Əli əsədovunxüsusi tapşırığı əsasında Səfər Mehdiyevin fəaliyyəti yaradılmış xüsusi komisiya vasitəsilə yoxlanılır. Komissiyada iştirak edən əslən Naxçıvandan olan üzvlər S.Mehdiyevin və komandaının xilas olunması üçün heç bir köməklik göstərə bilməyəcəklərini bildirmişlər.
