“Baş Prokurorluğun əməkdaşları evimizdə də axtarış aparmaq üçün gəlir”.
Bunu Gununsesi.info-ya açıqlamasında vəkil Elçin Quliyevin həyat yoldaşı Zibeydə Zəkəriyyeva bildirib.
Onun sözlərinə görə, hazırda ofisdə bir qrup prokurorluq əməkdaşı axtarış aparır.
***
“Baş Prokurorluqdan zəng etdilər ki, vəkil olduğum üçün ofisə axtarışa gəlirlər”. Gununsesi.info xəbər verir ki, bunu tanınmış vəkil Elçin Sadıqov özünün sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, jurnalist Eynulla Fətullayev bir neçə gün əvvəl həmkarı Əvəz Zeynallının həbsdə olan iş adamı Rasim Məmmədovdan pul alması barədə iddia ilə çıxış edib.
Onun iddiasına görə, iş adamından pul alan jurnalist sonradan onu müdafiə etməyib. O, bildirib ki, bu iş vəkil Elçin Sadıqovun vasitəsi ilə olub. Ancaq Elçin Sadıqov Rasim Məmmədovun ailəsinə istinadən belə bir hal olmadığını bəyan edib.