Ofisində və evində axtarış aparıldıqdan sonra prokurorluğa aparılan vəkil Elçin Sadıqovdan xəbər var.
Bakupost.az bildirir ki, vəkil barəsində Azərbaycan Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, bu gün saxlanılan “Xural” TV-nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallıya da eyni maddə ilə ittiham elan olunub. Cinayət Məcəlləsinin qeyd edilən maddəsində 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Aysel
Baku Post