İstisna deyil ki, Rusiya tərəfindən nüvə silahı tətbiq edildikdən sonra, NATO öz ordusunu Ukrayna ərazisinə yeridəcək.
Bu fikri rusiyalı hüquq müdafiəçisi və bloger Mark Feyqin «Arqument» proqramının yeni buraxılışında səsləndirib («UNİAN»).
«Əgər rassional mövqedən çıxış etsək - o zaman Rusiya tərəfdən nüvə silahının tətbiqi mümkün deyil. Donməz nəticələr belə olacaq ki, Rusiya hakimiyyətinin gələcəyi ümumiyyətlə dumanlı olacaq, səliqəli ifadə edək. Çünki bu, nüvə silahı olan ölkənin nüvə silahı olmayan ölkəyə hücumu olmayacaq, hansı ki, Ukrayna belə ölkədir…
Nüvə ölkələrinin cavabı dəqiq, qarantiyalı olacaq. Mənim proqnoz etdiyim kimi, əgər bu, haradasa dənizdə nümayişkəranə partlayış olacaqsa ki, qurbanlar olmasın, onlar buna gedə bilərlər… Mənim proqnozum: o zaman istisna deyil ki, NATO öz ordusunu Ukrayna ərazisinə yeridəcək…» - Feyqin deyib.