“Vladimir Putinin ətrafı başa düşür ki, Rusiya Ukraynada müharibəni uduzub. Putini postundan kənarlaşdıran Kreml Qərbdən daha əlverişli şərtlərlə təslim olmağı xahiş etməyə başlayacaq”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Piontkovski deyib.
Ekspertin sözlərinə görə, indi Putinin Rusiyadakı fəaliyyətinin son dövrüdür:
“O, bütün yaxın ətrafının durumunu pisləşdirir. Əslində ətrafındakıların da ondan fərqi yoxdur: hamısı Ukraynanın dağıdılmasını istəyirdi, hamısı bu layihəni dəstəkləyirdi. Amma normal düşünən insanların çoxu anlayır ki, müharibədə uduzublar”.
Piontkovskinin fikrincə, indi Putinin ətrafını bir məsələ düşündürür – hakimiyyəti ələ keçirmək:
“Bəli, Ukraynaya nifrətlərindən vaz keçməyiblər, amma onlar üçün Rusiyada - məğlub olan ölkədə hakimiyyəti və nəhəng mülkü qorumaq daha vacibdir. İndi Kremlin xətti beynəlxalq vasitəçilərin köməyi ilə bütün üsullardan istifadə yoluyla atəşkəs əldə etməkdir. Bunun üçün utancverici şəkildə yox, hansısa yumşaq geri çəkilmə forması tapmağa çalışırlar”.
Ekspert əlavə edib:
“Səmərqənddəki çıxışından sonra Putin anladı ki, dinc formada geri çəkilmək mümkün olmayacaq. Amma yaxın vaxtlarda silahdaşları ondan qurtulacaqlar. Çünki Putinsiz onlar üçün Qərblə və bəlkə də Ukrayna ilə danışıqlar aparmaq daha asan olacaq”.
Piontkovskinin iddiasına görə, Putin artıq hakimiyyətinin qorunub saxlanması məsələsini həll edir, çünki Rusiya sistemində hakimiyyəti itirsə, həyatını da itirəcək:
“Uzun müddət davam gətirə bilməz. Ukrayna qoşunlarının iki ciddi, parlaq qələbəsindən sonra yaxın ətrafı ondan qurtulacaq. Putin uzaqlaşdırılacağı təqdirdə qarşılaşacaqları kapitulyasiya üçün daha yumuşaq şərtlər tapmağa çalışacaqlar”.
Müəllif: Mənsur Rəğbətoğlu