Avqustun axırında Ukrayna silahlı qüvvələri (USQ) Ukraynanın cənubunda əks-hücumun başlandığını elan edib. Satqınlar işğal olunmuş Xersondan qaçırlar. Ukrayna əməliyyatı bir neçə həftəyə hadisələrin gedişinə güclü təsir edə bilər. Rusiyalıların özləri də Xersonla vidalaşırlar.
Bu barədə iqtisadçı və politoloq Oleq Soskin «Arqument» proqramının yeni buraxılışında danışıb («UNİAN»).
Onun sözlərinə görə, hazırda rusiyalı işğalçılar artıq anlayırlar ki, onlar Xersonu saxlaya bilməyəcəklər. Belə ki, oraya yeni «mobik»lərin (səfərbər edilmişlər) yerləşdirilməsi imkanı yoxdur. Oraya mərmilərin, yeni silahların çatdırılması mümkün deyil.
«Oktyabrda su elə soyuq olacaq ki, o biri sahilə keçə bilməyəcəksən» - Soskin qeyd edib.
«Əgər indi əməliyyat başlasa, maksimum iki həftəyə bizim ordu artıq Xersonun altında dayanacaq» - politoloq əmindir.
O, əlavə edib ki, Xerson istiqamətində işğalçıların ərzaqla, gigiyenik vasitələrlə və qış geyimləri ilə problemləri başlayacaq. Üstəgəl, onlarda dava-dərman çatışmazlığı müşahidə olunur.
«Başqa sözlə, işğalçıların faktiki olaraq, infrastrukturlu şəhərləri qalmayacaq. Onlarda Berislav və Xerson qalıb, başqa qalanları isə hər gün itirilir» - Soskin qeyd edib.
Bundan başqa, yanacaq-sürtgü materialları tükənir. Həm də rusiyalılar bilmirlər ki, sonra yaralılarla nə etsinlər.
Politoloqun sözlərinə görə, rusiyalılar üçün Xerson istiqamətində «yaşıl dəhliz» olmayacaq. Onlar üçün bircə yol qalır - könüllü əsir düşmək.