Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov öz “Feysbuk” səhifəsində oktyabr ayında Ukraynaya taktiki nüvə hücumu ediləcəyini və bu zərbənin Qərbdən endiriləcəyini iddia edib. Markov yazıb: “Britaniyanın Müdafiə naziri təcili Vaşinqtona uçub. Çox güman ki, səbəbi Ukrayna ərazisinə taktiki nüvə zərbəsi endirmək və bunda Rusiyanı ittiham eləmək, sonra isə NATO ölkələrinin Ukraynadakı Rusiya ordusuna guya cavab olaraq qeyri-nüvə zərbəsi endimək barəsində birlikdə qərar qəbul eləməkdir.
Bundan əvvəl Ukrayna ordusunun Xersona güclü hücumu olacaq və Kaxov səddi partladılacaq. Ardından guya Rusiya hücuma və Kaxov səddinin partladılmasına görə qisas olaraq Ukraynaya taktiki nüvə zərbəsi endirəcək. Bütün bunlar qarşıdakı iki həftə ərzində, oktyabr ayında, ABŞ Konqresinə seçkilərə qədər baş verə bilər”.
Hürr Tərcüman