ÖLƏNƏ QƏDƏR
Səni axtaracam illər keçsədə,
Qocalıq qəddimi əyənə qədər.
Sevəcəm səni də, sənsizliyi də,
Əzrayıl qapımı döyənə qədər.
Solumu buraxdım sevdiklərimə,
Sağım Allan yolu ölənə qədər.
Tanrının mizanı yüküm olacaq
Səninlə haq-hesab bölənə qədər
Gözümdə yuyacam keçən günləri ,
Kipriklərim məndən küsənə qədər.
Düzəcəm yollara tər yasəmənlər,
Lalədən, nərgizdən süsənə qədər.
Sən varkən sənsizlik qapımı döyür,
Qulağım səsdə sən, gələnə qədər.
Mən səni sevsəcəm sən sevməsəndə ,
Sənsizdə, sənlidə ölənə qədər.
Yasəmən Qəyyumlu