Aygün Muradxanlı: "Qoy gedib Tehranda Paşinyanın pişvazına çıxan Rəisiyə qüsl dəstəmazı hazırlasın"
"DTX-nın dünən İranın casus şəbəkəsi ilə bağlı yaydığı açıqlamadan bir cümlə beynimdə ilişib qalıb: “Şəbəkə təbliğat vasitələrini İİR-in Azərbaycandakı səfirliyinin avtomobillərilə daşıyıb”. Belə çıxır ki, İran diplomatları səfirlik binasında oturub Azərbaycanda dövlət quruluşunun dəyişdirilməsi üçün çalışırmış".
Bu sözləri AzNews.az-a açıqlamasında tanınmış jurnalist Aygün Muradxanlı deyib. Muradxanlının fikrincə, istintaqın ortaya qoyacağı faktlardab sonra, İranın Bakıdakı səfiri Abbas Musəvi persona non-grata elan edilərək ilk uçaqla Tehrana göndərilməlidir: "Qoy gedib orada Paşinyanın pişvazına çıxan Rəisiyə qüsl dəstəmazı hazırlasın".
AzNews.az