Polşanın keçmiş Prezidenti Lex Valensa bildirib ki, Rusiyada «sistemin dəyişməsinə nail olmaq lazımdır» ki, bu dövlət 50 milyon insana qədər kiçilsin.
Onet.pl nəşrinə böyük müsahibəsində Polşanın eks-prezidenti özünü Vladimir Putinin başlıca düşməni kimi təqdim edib və bildirib ki, o, «mənim başım üçün 50 milyon ödəməyə hazırdır».
«Ona görə ki, mən, dünyada baş verənləri belə şərh edirəm» - Valensa təvazökarlıqla bildirib.
Valensanın fikrincə, Ukraynadakı hərbi münaqişənin səbəbi ondan ibarətdir ki, Rusiya «pis sistemdir», ona görə də «biz birlikdə bu ölkədə sistemin dəyişməsinə nail olmalıyıq».
«Rusiyada 60 millət var. Onlara oyanmaq və xatırlamaq lazımdır ki, nə vaxtsa onların da vətəni olub. Biz, onlara deməliyik: qalxın, nəhayət! Əgər bu baş verərsə, Rusiyada 50 milyon və daha az vətəndaş olacaq. Və sülh və əminamanlıq olacaq» - sabiq Polşa rəhbəri deyib.
Lex Valensa etiraf edib ki, bu, bir və ya iki ilə baş verməyəcək, amma biz, bu istiqamətdə hərəkət etməliyik (EADayly).
AzPolitika.info