ÖZ XALQININ QƏDDAR XANI İŞĞALÇI QƏSBKARLARDAN NİYƏ FƏRQLƏNMƏDİ?
Naxçivandan olan mənbələrimizin sözlərinə görə Vasif xan hökmranlıq etdiyi 28 il ərzində kənd insanlarına qarşı əcaib vergi tətbiq etmişdir. Belə ki, o həyət və bağ sahələrində olan hər üç meyvə ağacından birinin meyvələrinin "xan payı" olaraq ya naturada, ya da bazar dəyərində pulunun ödənilməsini tələb edirdi. Beləliklə, zülm şəraitində yaşayan naxçivanlılar xanın əmrini sözssüz yrinə yetirməyə məcbur idilər.
Xatırladaq ki, belə bir qəddar vergi sistemini 830-cu ildə, Babək Xürrəmi dövründə Azərbaycanı işğal etmiş Ərəb xilafəti dünya tarixində ilk dəfə olaraq tətbiq etmişdi. Belə ki, ərəb töycüyığanları yaz aylarında hər bir ağacda çiçəklərin sayına görə yerli əhaliyə vergi tətbiq edirdi. Bundan fərqli laraq Sovet faşizmi dövründə isə Sovet -Alman müharibəsindən sonra, 1950-ci illərin sonuna qədər hər bir azərbaycanlı kəndliyə aylıq 1 kq kərə yağı, 20 ədəd yumurta, meyvə və s. vergisi tətbiq edilirdi. Sovet vergiyığanları azərbaycan kəndlilərinə qarşı daha amansız davranırdılar. Vergini verməyən və yaxud gecikdirən hər bir kəndli ailəsinin evinə zorakılıqla daxil olaraq qiymətə gedən mis qazanı, samovarı müsadirə edib aparırdılar.
Haradasa Azərbaycanın qəsbkarlarının vergi siyasətini başa düşmək olar ki, düşmən insanlarımıza qarşı həmişə qəddar davranıb. Amma Azərbaycan dilində danışan Vasif Talıbovun öz insanlarına qarşı tətbiq etdiyi meyvə vergisi məntiqlə heç cürə başa düşülən deyil. Yəni, doğrudanmı 30 il ərzində təkcə dövlət büdcəsinin talanması hesabına əldə edilən milyardların qarşılığında öz əhalinə bu qədər zülm etməyə, onların son tikələrinə göz dikməyə insan əxlaqı icazı verərdimi???
İfadetv.com