Biz başa düşməliyik ki, Prezident Putin uzun müharibəyə və yeni hücum əməliyyatlarına hazırdır.
Axar.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
“NATO müttəfiqləri Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında qalib gələ bilməyəcəyini başa düşənə qədər silah göndərməyə davam etməlidir”, - Stoltenberq söyləyib.
NATO-nun baş katibi xəbərdarlıq edib ki, Putinin Ukrayna ilə bağlı məqsədindən əl çəkdiyinə dair heç bir əlamət yoxdur:
“Biz Rusiyanı qiymətləndirməməliyik. Rusiya uzunmüddətli müharibə planlaşdırır. NATO Rusiyanın daha çox qüvvə səfərbər etdiyini və ağır itkilər verməyə hazır olduğunu görür”.