VƏTƏNƏ XƏYANƏTİN DEALLAR ÜZƏ ÇIXMAĞA AŞLAYIR- Mətbəxdə SOCAR-dır
Vaxtilə Vladimir Putinin köməkçisi vəzifəsini tutmuş, onun yaxın çevrəsinə daxil olan Arkadi Dvorkoviç bu ilin oktyabr ayının 2-də Naxçıvanda səfərdə olub. O, səfər zamanı Vasif Talıbovla görüşüb. Görüş 3 saata yaxın çəkib.
Yenipress.az xəbər verir ki, bu məlumat sosial şəbəkədə yayılıb.
“Əslən Borçalıdan olan, tanınmış ictimai xadim Daşqın Gülməmmədovun iddiasına görə, Talıbovla Putinin adamını görüşdürən şəxs Mahir Məmmədovdur. Məmmədov SOCAR Energy Georgia LLC-nin direktoru vəzifəsini tutur”, - məlumatda vurğulanıb.
Jurnalist Fərəməz Novruzoğlu bu faktın araşdırılmasının vacibliyinə toxunub:
“Vasif Talıbovun Putinin yaxın çevrəsinə aid, Rusiya kəşfiyyat orqanları ilə əlaqələri şübhə doğurmayan biri ilə görüşməkdə məqsədi nə olub? Onlar 3 saat ərzində nəyi müzakirə ediblər? Hesab edirəm ki, DTX bu məsələni mərcək altına alıb, ciddi şəkildə araşdıracaq”.