Separatçı Ruben Vardanyan Azərbaycana qarşı sərsəm iddialarına yenisini əlavə edib və həddini aşan ifadələr səsləndirib.
Teleqraf.com xəbər verir ki, separatçı bu dəfə “müstəqil Artsax” xülyasından dəm vurub.
“Mən açıq şəkildə deyirəm ki, məqsədimiz təhlükəsiz və inkişaf etmiş “müstəqil Artsax”a sahib olmaqdır. Bunu yeganə yol hesab edirəm və bu məqsədə çatmaq üçün hər şeyi birlikdə etməyə gəlmişəm”, - Vardanyan bildirib.