27 yanvar 2023-cü il tarixdə Tehrandakı Azərbaycan səfirliyində terror aktı törədilməsini Vətəndaş Cəmiyyəti nümayəndələri hiddətlə qarşıladılar.
QHT rəhbərləri BƏYANAT-larla çıxış edərək İran hakimiyyətinin Azərbaycana qarşı apardığı siyasəti məhz ermənilərə işbirliyi adlandırırlar.
“ Miqrasiya Proseslərinin Tədqiqi” ictimai birliyinin üzvləri onlayn iclas keçirərək, fikirlərini bildiriblər. İctimai birliyin sədri Fəridə Hicran Bəyanatı YeniZamantv.az-a təqdim edib.
Bəyanatda deyilir:
Tehrandakı Azərbaycan səfirliyində terror aktı törədən İran vətəndaşı Yasen Hüseynzadə istintaq təcridxanasında deyil, televiziyaların qarşısında mətbuat konfransı keçirib. Başqa vaxt azad sözə görə insanları asan, işgəncələr verən İran, nədənsə qatilə törətdiyi əmələ haqq qazandırmaq üçün şərait yaradır.
Artıq bir çox mənbələrdən gələn xəbərlər Yasen Hüseynzadənin SEPAH-ın üzvü olduğunu ortaya çıxarıb. Bu fakt onu göstərir ki, Tehrandakı Azərbaycan səfirliyinə hücumun arxasında İran ali rəhbərliyi durur.
İranın son zamanlar Azərbaycana qarşı güc nümayişinə cəhdlərini və bu qanlı terror qınayırıq. Müsəlman ölkəsinin özünü qonşusuna qarşı apardığı terror siyasəti bir gün öz başında çatlayacaq.
“ Miqrasiya Proseslərinin Tədqiqi” ictimai birliyinin üzvləri Tehrandakı Azərbaycan səfirliyinə hücumun qarşısının alınmasında göstərdiyi şücaətə görə şəhidimiz Orxan Əsgərova rəhmət, yaxınlarına və xalqımıza baş sağlığı verir, yaralılarımıza şəfa diləyir.