TÜRKİYƏ SİQNALLARI VERDİ - Zəlzələnin süni və ya təbii olması qısa vaxtda aydınlaşacaq
Türkiyə Kosmik Agentliyinin rəhbəri Serdar Yıldırım kosmosda yerləşdirilən və 7-8 bal gücündə süni zəlzələlər yaradan silahın mövcudluğunu açıqlayıb.
Onun sözlərinə görə, belə bir hücum xüsusilə Türkiyə kimi bir ölkə üçün qarşısıalınmazdır.
Yıldırım belə bir silah sisteminin necə hazırlandığını görüb və onun fəaliyyət prinsiplərindən danışıb.
O, bildirib ki, silah zahirən elektrik dirəklərinə bənzəyən iti ucu olan titan ərintisindən hazırlanmış çubuqlarla Yerə bir növ “atəş açır”. Onların uzunluğu 8-10 metrdir.
Yerə düşən bu çubuqlar beş kilometr dərinliyə batır və yeraltı təkanlara səbəb olur.
Mənbə: Cumhuriyet