“Dünya ötən 7 ildə Gürcüstanın ən zəngin vətəndaşı, keçmiş baş nazir Bidzina İvanişvilinin başçılıq etdiyi siyasi hakimiyyətin təsir dairəsinə düşməsini səssizliklə izlədi”.
Bu barədə “Blomberq” agentliyində dərc olunan analitik məqalədə bildirilib.
Məqalədə rusyönümlü İvanişvili dönəmində Gürcüstanın dövlət qurumlarında korrupsiyanın yenidən baş qaldırdığı vurğulanıb və bu səbəbdən Beynəlxalq Şəffaflıq Təşkilatının (BŞT) rəsmi Tiflisə xəbərdarlıqları xatırladılıb:
“Ölkənin taqətdən düşmüş müxalifəti isə İvanişvilinin qurduğu və hazırda iqtidarda olan Gürcü Arzusu Partiyasının rusyönümlü siyasətinə qarşı zəif müqavimət göstərir. Bununla yanaşı, Gürcüstanda media azaddır, İvanişvili bu baxımdan real siyasi müxalifətlə qarşı-qarşıyadır. Ölkədə seçkilər demokratik məcrada keçilir, beləliklə də, ABŞ və Avropa Gürcüstanla müstəqil və müttəfiq ölkə kimi davranmağa davam edir.
İndi isə bu həssas respublika qaynamağa başlayır. Bu həftə Gürcü Arzusu müxalifəti əzməyə söz verən sabiq daxili işlər naziri Georgi Qaxariyanı baş nazir postuna gətirdi. Yəni, onun təhdidini ciddiyə almaq üçün səbəb var. Çünki Qaxariya yay aylarında baş qaldırmış etirazların qarşısını zorakılıq və təhdidlə aldı”.
Məqalədə qeyd edilir ki, Gürcüstan daxilində baş verənlər bu ölkənin yenidən Rusiyanın təsir dairəsinə girmək təhlükəsi yaradıb:
“Bu, ABŞ və Avropanı həyəcan siqnalına keçirməlidir. Çünki Qaxariya qarşıdakı 5 il ərzində bu ölkənin baş naziri olacaq. Qaxariya uzun illər Moskvada fəaliyyət göstərmiş iş adamıdır. Rusiya vətəndaşlığından 2013-cü ildə imtina edib.
Bu baxımdan, onun siyasi rəhbəri (İvanişvili) ilə çox ortaq nöqtələri var. İvanişvili də, Rusiya əleyhdarı kimi görünür, amma unutmaq olmaz ki, 5 milyard dollarlıq sərvətini Rusiyada əldə edib. Kremlin onun üçün nə qədər müdafiə qalxanı rolu oynadığına şübhələr yaradır”.
Məqalədə yazılır ki, ABŞ Gürcüstanın hakim partiyasının liderinə gələcəkdəki seçkilərin şəffaf olmasının vacib olduğuna dair mesaj göndərməlidir: “Əgər İvanişvili bir despot kimi hərəkət etmək istəyirsə, ABŞ ona qarşı bu formada davranmalıdır”.