Rusiyada yaşayan həmyerlimizi Azərbaycanda necə labirintə saldılar?
Rusiya Federasiyası, Moskva şəhərində yaşayan Rusiya Fedrasiyasının vətəndaşı Əliyev Müşfiq Sərhad oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,
Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Vladimiroviç Putinə bir nüsxəsi də Azərbaycan və Rusiya KİV-lərinə ünvanlanmış müraciəti maraqlı olduğu üçüç olduğu kimi oxucuların diqqətinə çatdırmaq istəyirik
Tanınmış həkim -cərrah Müşviq Əliyev hər iki dost ölkənin prezidentlərinə müraciət edərək Azərbaycan Respublikası ərazisində mülkiyyət hüququmun müdafiəsi və ona dəymiş ziyanın ödəniməsi barədə 14 avqust 2015-ci il tarixli, N-2(004) -5776/2015 saylı Yasamal rayon Məhkəməsi Qətnaməsinin icra olunması barədə müraciət etmişdir:
Hörmətli Prezidentlər İlham Əliyev və Vladimir Putin!
Mən məcburam ki, öz hüquqlarımın müdafiə olunması üçün Sizlərə, hər iki dost ölkənin Prezidentlərinə müraciət edim.
Cənab İlham Əliyev, əvvəlcə səmimi olaraq bildirmək istəyirəm ki, Sovetlər dövründən Azərbaycandan gəlmiş və hazırda Rusiyada yaşayan biz Rusiya Fedrasiyasının vətəndaşları Sizin daxili və xarici siyasətinizi həmişə dəstəkləyirik. Daima müasir dövrün dahi siyasətçisi olan Ulu Öndər Heydər Əliyevin unudulmaz xatirəsini həmişə yad edirk.
Hörmətli Prezident İlham Əliyev,
mən Rusya Federasiyasının tanınmış və nüfuzlu bir vətəndaşı olaraq bir neçə il əvvəl Sizə və Rusiyanın Azərbaycandakı səfiri cənab Vladimir Doroxinə müraciət edərək mənim qanuni əmlak maraqlarımın Azərbaycanda müdafiə olunmasını xahiş etmişdim.
Çox təəssüf hissi ilə nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikasının bəzi kommersiya təşkilatı və vəzifəli şəxsləri tərəfindən məhz mənim işimlə bağlı bütün beynəlxalq müqavilələr, o cümlədən MDB dövlətləri arasında bağlanmış Minsk və Kişinyov konvensiyası pozulmuşdur.
Bir daha xatırlatmaq istədim ki, mən bir Rusiya Vətəndaşı olaraq 2008-ci ilin may ayında Azərbaycanın paytaxtı Bakı şəhəri, Yasamal rayonu ərazisində 98580 manat ödəməklə 2 mənzil əldə etmişdim. Sonuncu dəfə, 2013-cü ilin fevralında Azərbaycana gələndə öyrəndim ki, mənə mənzilləri satmış şəxslər barəsində ümumilikdə 201 epizod üzrə aldatmaya görə cinayət işi başlanmış və məhkəməyə göndərilmişdir.
Dələduzluq faktı üzrə mən də bir zəzərçəkən olaraq Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə rəsmi müqavilə bağladığım “Kamran B.Ə.” MMC barəsində müraciətlər etdim. Nəticədə AR Baş Prokurorluğundan bir neçə rəsmi cavab aldım ki, “İstintaq dövründə mənim ərizəm daxil olmadığına görə məni zərəçəkən şəxs kimi tanımaq mümkün olmamışdır.” Uzun müddət müraciətlərimə baxmayaraq mənim hüquqlarımın müdafiəsi üçün heç bir ölçü götürülmədi.
Azərbaycan Respublikasının Baş Prokurorluğu,Respublika qanunvericiliyini və beynəlxalq müqvilələrdən irəli gələn bütün normaları açıq formada pozur və beləliklə də dost ölkənin vətəndaşına hüquqi köməklikdən imtina edirdi. Mən Rusiya Federasiyasının vətəndaşı olaraq bu ölkədə işlədiyim və yaşadığım üçün Bakıda baş verən belə qanunpozuntularından xəbərsiz idim.
Daxili İşlər Nazirliyinə təqdim etdiyim ərizə baxılması üçün Yasamal Rayon Polis idarəsinə göndərilsə də, hansı tədbirin görülməsi barədə bizə heç bir məlumat verilmirdi.
Bütün bu nəticəsiz qalan şikayətlərdən sonra 2013-cü ilin fevralında mən Yasamal rayon Məhkəməsinə aldığım mənzillərin mənə verilməsi ilə əlaqədar ərizəilə müraciət etmişdim. Lakin çox təəssüflər olsun ki, bütün məhkəmə instansiyaları mənim haqlı tələbimi rədd edərək bildirdilər ki, yalnız pul təzminatının ödənilməsi tələbini irəli sürə bilərəm. Yerli məhkəmələrin belə əsassız qətnamələr qəbul etməsi heç bir məntiqə və qanunvericiliyə uyğun gəlməsədə, lakin bu özbaşnalıq “Şaiq MTK” şirkətində ( yüksək dövlət vəzifələri tutan) şəxslərin sifarişi altında həyata keçirilirdi. Beləliklə də AR-da yüksək dövlət postları tutan nümayəndələr öz əməllərilə dövlətin nüfuzunə ciddi xələl gətirirdilər.
Xatırlatmaq istərdim ki, 14 avqust 2015-ci il tarixli, N-2(004) -5776/2015 saylı Yasamal rayon Məhkəməsi Qətnaməsinin qət etdi hissəsində qeyd edilir: “İddia qismən təmin edilsin. Cavabdeh “Kamran B.Ə.” MMC-dən 98580 manat pul iddiaçı ƏliyevMüşfiqin xeyrinə tutulsun. İddia tələbi qalan hissələrdə və cavabdeh “Şaiq MTK”-ya münasibətdə təmin olunmasın.”
Azərbaycan Respublikasının rəsmi İnformasiya Agentliyi olan AZƏRTAC tərəfindən isə məhz bu məsləilə bağlı 15 oktyabr 2012-ci il tarixi məlumatında bildirilir: Bakı, 15 oktyabr (AZƏRTAC). “Xəbər verildiyi kimi, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində “Kamran B.Ə.” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) vəzifəli şəxslərinin MMC-nin payçılarının vəsaiti hesabına inşa edilmiş çoxmərtəbəli binada mənzilləri aldatma yolu ilə 291 şəxsə təkrarən satmaqla külli miqdarda özgə əmlakını ələ keçirmələri faktına görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanmışdır.İstintaqın gedişində 200 nəfər zərərçəkmişlə binanın tikintisini davam etdirən “Şaiq” MTK arasında yeni müqavilələr bağlanılmaqla onların pozulmuş mənzil hüquqları bərpa olunmuşdur. Bundan başqa, zərərçəkmişlərdən 12 nəfərə 217 min 699 manat qaytarılmaqla vurulmuş zərərin ödənilməsi təmin edilmiş, digər 79 nəfərə vurulmuş 2 milyon 251 min manat zərərin ödənilməsini təmin etmək məqsədilə təqsirləndirilən şəxslərin adlarına qeydə alınmış daşınar və daşınmaz əmlakların üzərinə həbs qoyulmuşdur.”
Yəni, yerli məhkəmənin əsassız qətnamələrindən fərqli olaraq AZƏRTAC ın rəsmi məlumatından da görünür ki, “Kamran B.Ə.” MMC ilə mənim kimi mənzil müqaviləsi bağlamış 291 nəfər aldadılmış şəxsə binanın tikintisini davam etdirən “Şaiq” MTK arasında yeni müqavilələr bağlanılmaqla tək məndən başqa onların pozulmuş hüquqları bərpa olunmuşdur. Mənimlə bağlı epizodda isə Məhkəmə yalnız “Kamran B.Ə” MMC-dən ( “Şaiq” MTK –nı “xilas etmək naminə”) 98580 manatın mənim xeyrimə tutulmasını təmin edir.Bu qətnamə qanuni qüvvəyə minsə də çox təəssüfləndici haldır ki, 4 ildir ki, icra olunmur.Çünki, Ədliyyə Nazirliyinin yerli icra şöbəsi qətnamənin icrasını “Kamran B.Ə” MMC-nin varisi olan “Şaiq” MTK-ya yönəltməyə cürəti çatmır.
Özüm haqqında bildirmək istəyirəm ki, mən Rusiya Federasiyasında tibb Akademiyasını bitirmişəm və hal-hazırda Moskvada həkim-cərrah işləyirəm. Burada yaşadığım müddət ərzində Rusiya Elmlər Mərkəzində tibb elmləri namizədi adını almışam və dünya miqyasında tanınmış alimlərlə birgə çalışıram. Bir ziyalı olaraq istəyirdim ki, vətənim Azərbaycana qayıdıb ömrümün qalan hissəsini doğma xalqımın sağlamlığı keşiyində durum.
Cənab dost Prezidentlər!
İndi mənim ümidim yalnız Sizlərədir, Cənab İlham Əliyevə və Vladimir Vladimiroviç Putinə!
Yuxarıda qeyd edilənləri nəzəzrə alaraq, Sizlərdən xahiş edirəm ki, Azərbaycan Respublikası ərazisində mülkiyyət hüququmun müdafiəsi və mənə dəymiş ziyanın ödəniməsi barədə 14 avqust 2015-ci il tarixli, N-2(004) -5776/2015 saylı Yasamal rayon Məhkəməsi Qətnaməsinin icra olunmasına köməklik göstərəsiniz. Əvvəlcədən minnətdarlığımı bildirirəm.
Dərin hörmətlə, Əliyev Müşfiq Sərhad oğlu.