Dünən sərhəddə baş verən təxribatdan nəticə çıxarmayan ermənilər bölgəyə çoxlu sayda hərbi qüvvə və texnika topölamağa başlayıb. İfadetv.com JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, düşmən Dığ kəndi yaxınlığında yerləşən meşələrdə ona yaxın tank yerləşdirib.
Bundan başqa, ermənilər əraziyə çoxlu sayda zirehli tran sportyorlar və canlı qüvvədə yığıb. Dünən gecədən etibarən İrəvandakı iki hərbi hissənin Azərbaycanla sərhəddə dislokasiya edildiyi bildirilir.
Həmin məlumatlara əsasən düşmən təkcə Gorus deyil, həmçinin Sisyan istiqamətində də əlavə qüvvələr cəmləməyə başlayıb.
Sözügedən məlumatlardan belə başa düşülür ki, Ermənistan tərəfi dünən törətdiyi təxribatın daha böyük formasını həyata keçirmək üçün hazırlıq görür. Onlar baş verənlərdən, mövcud itkilərindən nəticə çıxarmaq fikrində də deyillər. Davamlı olaraq məğlub olmalarına rəğmən, revanş həvəsi ilə alışırlar. Lakin unudurlar ki, istənilən təxribata daha sərt formada cavab veriləcək.