Milli Məclisin İntizam komissiyası deputat Vahid Əhmədova töhmət verib.
“Report”un xəbərinə görə, bu barədə qərar komissiyanın aprelin 28-də keçirilən iclasında qəbul edilib.
Bu gün Milli Məclisin İntizam Komissiyasının iclası keçiriləcək.
APA-nın xəbərinə görə, qapalı iclasa deputat Vahid Əhmədov dəvət olunub.
Qeyd edək ki, Milli Məclisin iclasında deputat Fəzail Ağamalı bildirib ki, bu yaxınlarda Vahid Əhmədov xoşagəlməz müsahibə ilə çıxış edib, dövlətin həyata keçirdiyi fundamental məsələlərə şübhə toxumu səpib.
Milli Məclisin spikeri Sahibə Qafarova İntizam Komissiyasının sədri deputat Eldar İbrahimova tapşırıq verib ki, məsələ ilə məşğul olub, İntizam Komissiyasının iclası keçirilsin.
Komissiya V.Əhmədova müsahibə verdiyinə və bəzi fikirlər ifadə etdiyinə görə töhmət elan edilib. Yəni mədəni formada başa salınıb ki, xalqın xeyrinə deputat danışa bilməz.