Birincisi, mən uzun müddətdir Milli Məclisdə təmsil olunan və müxtəlif illərdə vəzifələrdə çalışan şəxs kimi həmişə dövlətin yanında olmuşam, dövlətin mövqeyini müdafi etmişəm, yenə də müdafiə edirəm.
İfadetv.com xəbər verir ki, bu sözləri millət vəkili Vahid Əhmədov deputat həmkarlarının ittihamlarına cavab olaraq deyib.
O bildirib ki, bugünü çıxışlarla bağlı kim bu göstəriş verib, onu da bilir:
“Vaxtı gələndə bunun hamısı açılacaq. Burada Fəzail Ağamalı təklif etdi ki, məsələyə İntizam Komissiyasında baxılsın. Etiraz etmirəm, baxılsın. Mən orda da bütün suallara cavab verməyə hazıram. Millətim də görər ki, mən orda dövlətin, millətin yanında olan insanam”.
Ardınca V.Əhmədov bu müzakirələrin düzgün olmadığını bildirib.
Spiker Sahibə Qafarova “Vahid müəllim, o sizin öz fikrinizdir, burda deputatlar çıxışa yazılıblar, mən söz verməliyəm” – deyə bildirib.
Xatırladaq ki, Vahid Əghmədov 12 gün əvvəl jurnalist Mehman Hüseynova verdiyi müsahibəsində bəzi deputat həmkarlarının bizneslə məşğul olması sualına cavab verərək etiraf etmişdir ki, bəli, belə deputatlar var Və onların bu fəaliyyəti qanunaziddir. Aradan günlər keçdikdən sonra isə bu gün bir neçə deputatV.Əhmədova qarşı etiraz çıxışları edərək guya onun dövlətçiliyə yaraşmayan fikirlər söyləməsində tənqid etmiş və intizam komissiyasında deputatın məsləsini müzakirəyə çıxarılması təklif edilmişdir. Cənab V.Əhmədov biznesmen deputatların cavabını vermiş və bildirmişdir ki, kimin belə çıxışlar etməsinə göstəriş verdiyini bilir və onun adının açıqlayacağını bildirmişdir.
İfadetv.com-a verilən məlumatlrdan məlum olur ki, uzun müddətdir ki, parlamentdə müzakirələr zamanı zalda bir neçə "drijor" mülki şəxslər olur ki, onlar əl ayaq, üz çizci ifadələrilə kresloda əyləşmiş deputatlara işarələr edir ki, iclasdan əvvəl onlarla danışılan məslələr barədə çıxış etsinlər. Elə bu gün də məlum olur ki, bu "DRİJOR" yenə çubuğunu işə salıb. Amma nəyə görə 12 gündən sonra? Bu hələlik bizə aydın deyil. Aydın olan budur ki,Vahid müəllim bu "DRİJOR"un kimliyi digər deputatlar kimi , elə ona da aydındır. Və Vahid müəllimin bu "drijorun " adının çəkəcəyinə işarə etməsi isə onu müəyyən qədər risk etdiyinə işarə verir. Doğrudur, Vahid müəllimin toxunulmazlıq statusu onu birbaşa həbsdən qorusa da, Fazil Mustafa kimi süi-qəsdə məruz qalmasına kimsə hələlik zəmanət vermir. Hər halda Vahid müəllim "drijor"un kimliyini elan etməməlidir.
İfadetv.com