Azərbaycanın təhsil nazirinin keçmiş müavini Məhəbbət Vəliyeva şirkət yaradıb.
İfadetv.com xəbər verir ki, onun sahibi olduğu “Savad Mərkəzi” MMC-ni İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti dövlət qeydiyyatına alıb.
Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 184, mənzil 3, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Məhəbbət Məhərrəm qızı Vəliyevadır.
Xatırladaq ki, M.Vəliyeva 2014-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, 2015-2018-ci illərdə BŞTİ-nin müdiri vəzifələrində çalışıb. 2018-2020-ci illərdə Azərbaycanın təhsil nazirinin müavini olub.
Cəmi iki il sonra nazir müavini postundan getməsi ictimaiyyətdə müzakirələrə səbəb olmuşdu. Rəsmi məlumatlarda, M. Vəliyevanın səhhətində yaranan problemə görə öz istəyi ilə vəzifədən azad edildiyi bildirilsə də, mediada isə onun hicab taxdığı üçün vəzifəsindən getdiyi deyilirdi.
Qeyd edək ki, M.Vəliyevə vəzifələrə xüsusi qabiliyyətinə və savadına görə deyil, məhz ölkədə tanınmış talançı və oğru məmur olmuş Əli Həsənovun baldızı olduğu üçün təyin edilmişdir. Və Əlinin sayəsində özünə külli-miqdarda var dövlət toplaya bilmişdir.
Onu da xatırlatmaq yerinə düşərdi , Məhəbbət Vəliyevanın qohumu olan Əli Həsənov 1990-cı ildən "Məmmədli" şirkətində həmkəndliləri tərəfindən qapançının müavini vəzifəsinə işə düzəlmişdir. O Azərbaycandan qanunsuz olaraq İrana əlvan metalların daşınması zamanı materialların tərəzidə ölçülərək yola salınmasına nəzarət etmişdir.