Və yaxud, RAUF AXUNDOV KİMİ FİTRİ İSTEDADLI MALİYYƏ KOMBİNATORU İLƏ FƏXR ETMƏK OLARMI?
Məlum olduğu kimi,2017-ci ilin dekabrın 22-də Maliyyə Bazarlarına Nəzarət Palatası "Dəmirbank” ASC-nin lizensiyasını ləğv etmişdi. Xatırladaq ki, bu bankın əsas səhmdarları 25 faizlə Avropa Yenidənqurma və İnkişaf Bankı və 10 faizlə Hollandiya Maliyyə Şirkəti hesab edilir. Bununla belə, bir neçə iri məmur-oliqarxın "Dəmirbank”la sıcaq ilişkisinin olduğu da bəllidir. Bu barədə bir qədər sonra.
Hələliksə onu deyək ki, "Dəmirbank” 2017-ci il 3-cü rübün yekunlarına əsasən, aktivlərinin həcminə görə 31 bank arasında 15-ci, kredit portfelinə görə 12-ci, depozit portfelinə görə 20-ci yerdə qərarlaşıb. 9 ayın yekunlarına görə, bankın fəalliyyətində 20 milyon manatdan artıq zərər yaranıb, balans kapitalı minimum normativdən təxminən 2 dəfə az olub. Aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün 53 milyon manata yaxın ehtiyat yaradılıb ki, bu bankın hazırkı öhdəliklərinin 10%-dən bir az çoxdur. Onu da yada salmaq yerinə düşər ki, "Dəmirbank” ölkənin ən uzunömürlü banklarından biri idi. Onun yaranma tarixi 6 oktyabr 1989-cu il, lisenziya alma tarixi 23 noyabr 1992-ci il göstərilir. Rəqəmlərdən görünür ki, devalvasiyaya qədər bank xeyli güclənibmiş. 2010-2015-ci illərdə bankın aktivlərinin həcmi 73% artaraq 589 milyona çatsa da, son 2 ildə 30%-ə yaxın azalmaqla 429 milyon manata enib.
Böyük neft pulları dövründə – bankın aktivlərinin qısa müddətdə az qala 2 dəfə genişləndiyi dövrdə bank, əsasən, istehlak kreditləşməsinə üstünlük verib. 2015-ci ilin yekunlarına görə bankın 428 milyon manatlıq kredit portfelinin 63.3%-ni (270 milyon manat) istehlak kreditləri təşkil edib. Ancaq son iki ildə bankın işləri qaydasında getməyib və o qəfildən ləğv olunub.
Əldə etdiyimiz məlumatlarda bankın bağlanma ehtimalının hətta onun yüksək vəzifəli işçiləri üçün də gözlənilməz olduğu bildirilir. Bu iddianı təsdiqləyən məqamlardan biri isə "Dəmirbank”ın bağlandığı gün gündüz saatlarında vakansiya elan etdiyi barədə iqtisadiyyat saytlarına düşən elandır. Elə həmin axşam bankın lisenziyası ləğv edildi... Bundan başqa, o da maraqlıdır ki, iqtisadçı ekspertlərin bağlanmasını proqnozlaşdırdığı banklar arasında "Dəmirbank”ın adına demək olar, rastlanmırdı. Deyilənləri nəzərə aldıqda bankın bir andaca ləğvi həqiqətən maraq doğurur.
Yuxarıda qeyd etdik ki, bu bankın üç məmur-oliqarxla müəyyən yaxınlığı var idi. Bunlar Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov, baş nazirin müavini Abid Şərifov və Sumqayıtın keçmiş icra başçısı Şakir Abuşovdur. Belə ki, bankın İdarə Heyətinin sədri postunu sonuncunun oğlu Fərid Abuşov tutur.
Bankın mərkəzi filiallarından birinə - Nəsimi rayon filialına isə ölkənin baş bankirinin qardaşı rəhbərlik edirdi.
O ki, qaldı Müşahidə Şurasının sədri Rəhman Hacıyevə, onun baş nazir müavini Abid Şərifovun yerlisi (hər ikisi Şəki rayonundadır) olmaqla bərabər, həm də yaxın adamı olduğu deyilir.
Beləliklə, bu üç kifayət qədər nüfuzlu və imkanlı məmurla bağlılığa malik bir bankın çoxlarının gözləmədiyi, hətta proqnozlaşdırmadığı şəkildə ləğvi diqqət çəkəndir. Daha bir maraqlı məqam isə bankın bağlanmasından sonra 28 milyon manat dəyərində əmanətin sahiblərinə qaytarılmayacağı barədə məlumatdır. Bunun səbəbi odur ki, həmin əmanətlər sığortalanmayıb. Əlbəttə, burada əmanət sahibləri ilə bərabər, bankın da davranışı maraq doğurur. "Dəmirbank” rəhbərliyi bu qədər böyük vəsaitin sığortalanmamasına niyə laqeyd yanaşıb? Başqa bir maraqlı detal isə bankın İdarə Heyəti sədrinin bağlanma ilə bağlı xəbərə çox qısa münasibət bildirməsidir. Üstəlik, bu "qısa münasibət”də də yaranmış suallara hər hansı konkret cavab yoxdur.
Sitat: "Bununla (bankın lisenziyasının ləğvi – red.) bağlı yanaşma müxtəlif ola bilər. Bu qərarın tələsik və yaxud gecikmiş olduğu deyilə bilər, yəni hər şey nisbidir. Amma hər halda mövcud vəziyyət belə bir qərarın qəbul edilməsinə səbəb oldu. Başqa heç bir şərh vermək istəmirəm”. Və sitatın sonu!
Göründüyü kimi, Fərid Abuşovun açıqlaması nəinki ictimaiyyətdəki suallara hər hansı aydınlıq gətirir, hətta əlavə suallar doğurur. Məsələn, İdarə Heyəti sədrinin "başqa heç bir şərh vermək istəməməsi” əslində "şərh verilməli olan məsələlərin” varlığınımı göstərir?!
Beləliklə, "Dəmirbank”ın bağlanması ətrafında yaşananlarda həqiqətən aydınlıq gətirilməsi vacib olan xeyli sual, bir çox qaranlıq mətləb var. Ən azı toxuuxarıda toxunulan məqamlar belə düşünməyə əsas verirdi...
Son vaxtlar apardığımız araşdırmalardan sonra əvvəl "Dəmir Bank" ASC-nin, sonra "Ata Bank" ASC-nın ləğv edilməsi və hazırda"Brend Kredit BOKT" MMC-nin bağlanma ərəfəsində olmasında Rauf Arif oğlu Axundov faktorunun necə rol oynamasına toxunmaq yerinə düşər.
KİMDİR RAUF AXUNDOV?
Rauf Axundov əmək fəaliyyətinə 1995-ci ildə başlamışdır. Rauf Axundovun idarəçilik sahəsində 10 ildən artıq iş təcrübəsi mövcuddur. 1998- 2001-ci illərdə Amerikanın “Shore Bank Advisory” təşkilatının “Shore Overseas Azerbaican” məhdud məsuliyyətli qeyri bank təşkilatında baş kreditor vəzifəsində çalışmışdır. 2001- 2003-cü illərdə “ Land O`Lakes” şirkətində Assosasiyalrla iş üzrə koordinator, 2003-2007-ci illərdə Dünya Bankının Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korparasiyasında lizinq layihələri üzrə koordinator vəzifəsində çalışmışdır. 2007-ci il tarixindən “Dəmir Bank ” ASC-də Bankın Kredit Departamentinin direktoru, İdarə Heyəti sədrinin müavini və 2017-ci ilin dekabrın 22-dək bankın Müşahidə Şurasının üzvü vəzifələrində çalışmışdır. 2018-ci ilin dekabrın 1-dən 2020-ci ilin dekabrınadək “Synergy Group” MMC- nin icraçı direktoru vəzifəsində çalışmışdır. 2021-ci ildən hal-hazıradək " Brand Kredit BOKT" MMC-nin İdarə Heyətinin üzvüdür və eyni zamanda 2021-ci ilin 29 oktyabrından " SP Agro" MMC yaradaraq ona rəhbərlik edir.
Xatırladaq ki, 1993-cü ildə Rauf Axundovun intellektual potensialı və malik olduğu orta məktəb savadı ilə Azərbaycanda tətbiq edilən TEST üsulu ilə ali məktəblərin heç birinə daxil ola bilməmişdir. 1998-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə qiyabi, 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” ixtisası üzrə "bitirmiş"dir. Daha doğrusu, diplomları əldə etmişdir.
RAUF AXUNDOVUN 2 İL İCRAÇI DİREKTORU OLDUĞU SYNERJİ GROUP HAQQINDA
Hələ 2016-cı ildə araşdırmaçı jurnalist, Cavanşir Həsənli daha bir keçmiş nazirin biznesi ilə bağlı yeni sənədlər açıqlamışdır:
O qeyd edib ki, yayımladığı siyahı təkcə Synergy GROUP şirkətlər qrupuna daxil olanlarıdır.
Hələ 2015-ci ilə aid təqdim etdiyi maliyyə sənədində yarım milyard civarında açıqda olan aktivləri qeyd olunub.
Onun sözlərinə görə, sabiq nazirin yeznəsinin ölkə xaricindəki, ələlxüsus İngiltərədəki, Almaniyadakı şirkətlərinin də sayı-hesabı yoxdur.
1. "Synergy Group” MMC – baş müәssisә;
2. "AAC” MMC – inşaat materiallarının istehsalı, törәmә müәssisә, iştirak payı 39%;
3. "Synergy Construction” MMC – inşaat, törәmә müәssisә, iştirak payı 100%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:
a) "Renaissance Construction Azәrbaycan" MMC - inşaat, birgә müәssisә, iştirak payı 50%;
4. "Azagro" MMC – kәnd tәsәrrüfatı, törәmә müәssisә, iştirak payı 100%;
5. "B.N.M." MMC – turizm vә otelçilik, törәmә müәssisә, iştirak payı 100%;
6. "Cybernet" MMC – informasiya texnologiyaları, törәmә müәssisә, iştirak payı 100%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:
7. "Azorchid Hotels" MMC – turizm vә otelçilik, törәmә müәssisә, iştirak payı 70%;
8. "Caspian Coast Winery and Vineyards" MMC – şәrabçılıq, törәmә müәssisә, iştirak payı 50%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:
a) "Tradehouse Caspian Coast Winery and Vineyards” MMC – şәrab mәhsullarının satışı vә paylanması, törәmә müәssisә, iştirak payı 100%;
9. "Khazar-Turizm" MMC – turizm vә otelçilik, törәmә müәssisә, iştirak payı 100%;
10. "Bestpack" MMC – poliqrafiya vә qablaşdırma, törәmә müәssisә, iştirak payı 100%;
11. "Caspian Agro" MMC – kәnd tәsәrrüfatı, törәmә müәssisә, iştirak payı 50%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:
a) "Azagroexport" MMC – kәnd tәsәrrüfatı, törәmә müәssisә, iştirak payı 100%;
12. "Exclusive Dining” MMC – restoran, törәmә müәssisә, iştirak payı 100%;
13. "Shamkir City Hotels and SPA” MMC – turizm vә otelçilik, törәmә müәssisә, iştirak payı 100%;
14. "Azәrbaycan Universiteti” – tәhsil, törәmә müәssisә, iştirak payı 90%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:
a) "Unicamp” MMC – tәhsil, törәmә müәssisә, iştirak payı 100%;
15. "Ecolime” MMC – tikinti materiallarının istehsalı, törәmә müәssisә, iştirak payı 100%;
16. "Synergy Foundation” – qeyri-kommersiya tәşkilatı, törәmә müәssisә, iştirak payı 100%;
1 "Synergy Group” vә onun Fәaliyyәti (davamı)
17. "Synergy Development” MMC – daşınmaz әmlakın idarә olunması, törәmә müәssisә, iştirak payı 100%;
18. "Synac” LLC – tәhsil, törәmә müәssisә, iştirak payı 100%;
19. "Synergy Sport” MMC – qeyri-kommersiya tәşkilatı, törәmә müәssisә, iştirak payı 100%;
20. "Synergy Technics” MMC – investisiya şirkәti, törәmә müәssisә, iştirak payı 100%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:
a) "Zәyәmkәndmaş" ASC – metal konstruksiyaların istehsalı, törәmә müәssisә, iştirak payı 51%;
21. "Azerbaijan Global Investments” ASC – investisiya şirkәti, asılı müәssisә, iştirak payı 32%;
22. "Azerbaijan Fibro Cement” MMC – tikinti materiallarının istehsalı, törәmә müәssisә, iştirak payı 100%;
23. "Synergy Jet” MMC, - jet әmәliyyat şirkәti, törәmә müәssisә, iştirak payı 100%;
24. "Synergy Trading” MMC, ticarәt şirkәti, törәmә müәssisә, iştirak payı 100%;
25. "Caspian Development Bank” ASC, törәmә müәssisә, iştirak payı 99.91%;
Rusiya Federasiyasında fәaliyyәt göstәrәn "Tradehouse Caspian Coast Winery and Vineyards” MMC-dәn başqa, Qrupa daxil olan bütün şirkәtlәr Azәrbaycan Respublikasında fәaliyyәt göstәrir.
Necə oldu ki, Fazil Məmmədovun “Synergy Group” MMC-yə dövlətdən taladığı 1 milyard pulu investisiya kimi yatırsa da, 2021-ci ilədək külli-miqdarda vergi borcları yarandı?
2021-ci ilin iyun ayında yerli mətbuatda gedən məlumatlardan aydın olur ki, 2010-cu ildə dövlət qeydiyyatına alınan və son illərə kimi Azərbaycanın ən böyük və gəlirli holdinqlərindən biri olan “Synergy Group”un və bu holdinqə daxil olan şirkətlərin dövlət büdcəsinə böyük həcmdə vergi borcları yaranmışdır.
Xatırladaq ki, Fazil Məmmədov nazir olduğu dönəmdə “Synergy Group” MMC Azərbaycanın ən iri və gəlirli holdinqlərindən biri kimi tanınıb. Xatırladaq ki, “Synergy Group” 2010-cu ildə yaradılıb, Azərbaycanda qeyri-neft sektorunda fəaliyyət göstərən ən iri özəl holdinqlərdən biridir. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Sabiq nazir, şirkətə istehsalat, tikinti, kənd təsərrüfatı, İKT, hotelçilik, təhsil, səhiyyə və bank işi sahələri üzrə iri yatırımlar edib. 2019-cu ildə yayılan məlumata görə, sabiqlərin sırasına qoşulduqdan sonra bir müddət səhhətindəki problemlərlə məşğul olan keçmiş nazir yenidən əsas diqqətini “Synergy Group” MMC-yə yönəltmişdi.
“Synergy Group” və bu qrupa daxil olan şirkətlərin rəhbərliyində təmsil olunan şəxslər Rauf Axundovdan başqa qalanları Fazil Məmmədovun yaxın çevrəsində olan şəxslər olub. Və məhz Rauf Axundovun 2018-2020-ci illərdə rəhbərliyi dövründə “Synergy Group” və bu qrupa daxil olan şirkətlərin vergi borcları aşağıdaki kim olmuşdur:
Şirkətin adı Hüquqi ünvanları Vergi borcu
1 “Synergy Group” MMC Z. Əliyeva, ev 55 54 568,04
2 “AAC” MMC S. Rüstəm, ev 9, m 2. 34 435,29
3 “Cybernet” MMC Xətai pr, ev 16 15 298,70
4 “AZORCHİD HOTELS” MMC S. Rüstəm, ev 9, m 1 11 839,50
5 “Bestpack” MMC H. Əliyeva pr., ev 2 7 520,23
6 “Syac” Körpələr Evi-Uşaq Bağçası MMC Z. Əliyeva, ev 55 4 442,87
7 “Synergy Architecture” MMC S. Rüstəm, ev 9 2 863,89
8 “Synergy Hospitality” MMC Z. Əliyeva, ev 55, m 23 871,32
9 “Synergy CSR” MMC Z. Əliyeva, ev 55 686,62
10 “Synergy Property” MMC Z. Əliyeva, ev 55 659,82
Məlumat üçün bildirək ki, Fazil Məmmədov 1999-cu il iyun ayının 20-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin rəisi təyin edilib. 2000-ci il fevral ayının 11-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Naziri təyin edilib. 5 dekabr 2017-ci ildə vəzifəsindən azad edilib.
Maraqlıdır ki, 50 milyon manat nizamnamə kapitalı olan ( reallıqda isə 500 milyon manat aktivləri olan) və istehsalat, tikinti, kənd təsərrüfatı, İKT, otelçilik, təhsil, səhiyyə və bank işi kimi onlarla sahədə geniş fəaliyyəti olan “Synergy Group” Fazil Məmmədov nazir vəzifəsindən uzaqlaşdıqdan qısa müddət sonra fəaliyyətsiz olub. “Synergy Group”un rəsmi veb-səhifəsinə (www.synergygroup.az) daxil olub bunu asanlıqla görmək mümkündür. 2018-ci ilin avqust ayından sonra Rauf Axundov şirkətin rəsmi veb-səhifəsinə hər hansı bir məlumatların daxil edilməsini qadağan etmişdir. Məqsədi gələcəkdə törədəcəyi maliyyə maxenasiyaları barədə cəmiyyətin və dövlət orqnlarının imkan daxilində məlumatlara çıxışına imkan yaratmamaq olmuşdur.
"Synergy Group” -a daxil olan və R.Axundov dövründə külli-miqdarda vergi borcları yaranmış digər MMC-lərdə baş vermiş mənimsəmə faktları niyə araşdırılmır?
2021-ci ilin oktyabrın 9-da MillətinSəsi.info xəbər vermişdir ki, Siyəzən rayonu ərazisində yerləşən "Synergy Group” -a daxil olan “Caspian Coast Winery and Vineyards” MMC-nin vəzifəli şəxsinin qanunsuz hərəkətləri barədə rayon prokurorluğuna müraciət daxil olub.
Aparılmış araşdırmalarla qeyd edilən şirkətin bölgələr üzrə satış nümayəndəsi vəzifəsində işləyən Vüqar Səmədzadənin işlədiyi müddət ərzində müəssisənin büdcəsindən ümumilikdə 14 min 89 manat məbləğində pul vəsaitini müxtəlif qanunsuz üsullarla mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 179.2.4-cü (mənimsəmə- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb."
O da məlum olmuşdur ki, cinayət işi üzrə istintaq davam etdiyi müddətdə Rauf Axundovun məsələnin ört basdır edilməsi üçün işlər aparılır. Yəni, R.Axundov arzu etmir ki, istintaq altında olan Vüqar Səmədzadə izahatında onun bir rəhbər kimi adını hallandırsın.
Apardığımız araşdırmalardan o nəticəyə gəlirik ki, Nizamnamə kapitalı 50 milyon manat, və aktivlərinin dəyəri 500 milyon manat olmuş "Synergy Group”un tərkibinə daxil olan 25 MMC-dən 10-nun külli miqdarda vergi borclarının yaranması o anlama gəlir ki, vaxtilə yüksək gəlirlə işləyən bu MMC-lər Rauf Axundovun dövründə daxili talançılıq və israfetmə səbəblərindən hazırda müflis həddinə düşdüyünə görə dövlətin də vergilərini ödəmək iqtidarında deyildir.
Bəs, RAUF AXUNDOV əvvəl "DƏMİR BANK" ASC-ni, sonra 500 MİLYON manatlıq aktivlərə malik "SYNERJİ GROUP" -u çökdürdükdən sonra hazırda rəhbərlik etdiyi "Brand Kredit BOKT" MMC-nin sonuna nə vaxt çıxacaq?
Bəli, dahi maliyyə kombinatoru istedadına malik olan cənab Rauf Axundov rəhbərlik etdiyi və heç bir maliyyə ekspertlərinin belə ağlına gəlmədiyi məsələlərin reallaşmasındakı ( "Dəmir Bank" ASC-nın qəfil bağlanması, yüksək gəlirlə işləyən "Synerji Group" holdinqinə daxil olan 25 MMC-nin sirli çöküşləri ) "fəaliyyəti"nə heyran olmamaq mümkün deyil. Bəs belə olan halda "Brand Kredit BOKT" MMC-nin aqibətini nə gözləyir? Təbii ki, müflisləşmə. Başqa heçnə. BOKT fəaliyyətinə qısa nəzərə saldıqda məlum olur ki, bu gün əhali və qeyri əhali sektoruna illik 36 %-dən başlayaraq kreditlər təkilif edilir. Baxmayaraq ki, ölkənin əksəriyyət bankları əhaliyə 11-12% olmaqla illik kreditlər təklif edirlər. Yəni cənab R.Axundovun ayağı o qədər "yüngüldür" ki, "Brand Kredit BOKT" MMC-də də gözlənilməz hadisələr mümkün ola bilər, necə ki, "Dəmir Bank" və "Ata Bank" bunlara bariz misaldır. Allah axırını xeyirli etsin.
Bəs sonda qazanan kim olacaq?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “SP Agro” Məhdud Məsuliyyətli Cəmiyyəti 2021-ci ilin oktyabrın 26-da dövlət qeydiyyatına alıb.
Verilən məlumatda qeyd edilir ki, “SP Agro” MMC-nin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Axundov Rauf Arif oğludur.
“SP Agro” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov, ev.101 m.15. ünvanıdır.
O da məlum olmuşdur ki, Rauf Axundov uzun illər müxtəlif maliyyə kombinasiyaları ilə topladığı sərvətlərin bir hissəsini məhz özünün şəxsən rəhbərlik etdiyi “SP Agro” MMC-yə yatırmaqla Azərbaycan kənd təsərrüfatı sektorunda inqilabi dəyişikliklərə nail olmaq istəyir.
Araşdırmalarımız davam edir.
P.S. Çox təəssüflər olsun ki, cənab R.Axundovun "Synerji Group" MMC-də törətdiyi maliyyə maxenasiyaları barədə tədbir görülməsi üçün hüquq-mühafizə orqanları qarşısında məsələlər qaldırsaq da, təəssüflər olsun ki, bu günədək heç bir reaksiya verilməmişdir. Lakin verilən məlumatdabildirlir ki, R.Axundov "kürd qruplaşması"na daxil olduğu üçün özünü toxunlmaz hiss edir. Lakin bu adamın korrupsiya yolu ilə əldə etdiyi on miloynlarla dollar vəsaitlərin cəmlənməsi çox təhlükəlidir və hesb edirik ki, bu vəsaitlərin bir hissəsi sifariş əsasında qardaş Türkiyəyə qarşı mübarizə aparan PKK terrorçularının maliyyələşməsinə sərf edilə bilər. Ümid edirik ki, Mərkəzi Bank rəhbərliyi, ABŞ-nın Azərbaycandakı Səfiliyinin Maliyyə Nəzarəti Şöbəsi və Türkiyə Cumhuriyyətinin Büyük Elçiliyi apardığımız araşdırmanı diqqətdə saxlaycaq və lazımi tədirlərin görülməsinə qərar verəcəkdir.
İfadetv.com-un araşdırma qrupu