Naxçıvanın "Traffik canavarı" işdən qovuldu... DİA.AZ bildirir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.
Xəbərə görə, əvvəlki dönəmlərdə Naxçıvanlı sürüclərin qənimi - Nəqliyyat Xidmətinin "Trafik canavarı" kod adı ilə tanınan rəis işdən azad olunub.
Xəbərdə deyilir ki, Naxçıvan MR Nəqliyyat Xidmətinin rəisi Əli Hüseynəliyev vəzifəsindən çıxarılıb. Bu barədə Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.
Qeyd edək ki, bir müddət öncə Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirliyinin nüaməyndələri Əli Hüseynəliyevin ofisində yoxlamalar aparmışdı.
DİA,AZ onu da bildirir ki, Əli Hüseynəliyevin istintaqa cəlb ediləcəyi gözlənilir.
Qeyd edək ki, Əli Hüseynəliyev Naxçıvanda "Traffik canavarı" ləqəbilə tanınırdı...