Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb.
İfadetv.com xəbər verir ki, sərəncama əsasən, korrupsiyada ittiham olunan sabiq mədəniyyət nazirinin müavini Rafiq Bayramov və daha iki MTN zabiti də əfv edilib.
Prezident İlham Əliyevin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisində icra edilib.
Sərəncam müəssisədə saxlanılan 34 məhkuma şamil edilib. Onlardan 16 məhkum azadlığa buraxılıb, 18 nəfərin isə cəzası azaldılıb.
Azadlığa buraxılanlar içərisində mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov da var.