Türkiyədə seçkilərin nəticələrini düzgün təxmin edən sosioloji araşdırma şirkətlərindən biri olan KONDA son anketini açıqlayıb.
Gununsesi.info-nun xəbərinə görə, nəticələrdə “Millət İttifaqı”nın prezidentliyə namizədi Kamal Kılıcdaroğlu təxminən 6 faiz səs üstünlüyü ilə birinci yerdədir.
Kılıçdaroğlu – 49,3%
Ərdoğan – 43,7%
Oğan – 4,8%
İncə – 2,2%.
Bu nəticələrə əsasən seçki 2-ci tura qalır. Lakin xəta payı nəzərə alındıqda ilk turda Kılıçdaroğlunun qələbə ehtimalı da var. Şirkət özü də bu ehtimalı qeyd edib.
Digər tərəfdən, sorğunun Ərzurumda İmamoğluna qarşı törədilmiş təxribatdan əvvəl keçirildiyini də nəzərə almaq lazımdır. Bu hadisə müxalif seçicilərin Kılıçdaroğlu ətrafında konsolidasiyasını artıra bilər.
Hətta bu nəticələrlə seçki 2-ci tura qalsa belə, 49,3% səs almış namizədin 2-cu turda uduzması demək olar ki, mümkün deyil.