“Rusiya Qarabağ məsələsinin həllini gələcək nəsillərin öhdəsinə buraxmaq, yəni status-kvonu saxlamaq təklifini irəli sürmüşdü. Biz açıq şəkildə razılaşdıq, lakin daha sonra Rusiya öz təklifini həyata keçirə bilmədi”.
“AzPolitika.info” xəbər verir ki, bunu mayın 25-də Ermənistan parlamentində jurnalistlərə müsahibəsində hakim “Mülki Müqavilə” partiyasının fraksiyasının katibi Artur Hovhannisyan deyib.
O, Azərbaycanın sərt davranışına görə Rusiyanın bunu edə bilmədiyi fikrini bildirib.
Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Ermənistan ərazisinə Aİ müşahidəçilərinin yerləşdirilməsinin məqsədinin Rusiyanı regiondan sıxışdırıb çıxarmaq olduğu barədə bəyanatına gəlincə, deputat deyib: “Avropa müşahidəçilərdi mülki missiyadır. Əgər Rusiyanın müdafiə naziri hesab edir ki, mülki missiya Rusiyanı regiondan sıxışdırıb çıxara bilər, deməli bu, cənab Şoyqunun fikridir. Mən bu barədə şərh verməyəcəyəm”.
“AzPolitika.info”