Bu gün “Yeni Əkinçi” Media Qrupunun rəhbəri Habil Vəliyevin 50 yaşı tamam olur.
Habil Vəliyev 1-ci Qarabağ Müharibəsində bir gənc zabit olaraq erməni faşizminə qarşı rəşadətlə vuruşmuşdur. 1995-ci ildən sonra Habil müəllim silahını qələmlə əvəz etmiş, bu dəfə yenicə müstəqilliyə qovuşmuş Azərbaycan dövlətinin iqtisadiyyatını parçalamağa, dağıtmağa çalışan mənfur məmurlara qarşı "döyüşü"nü ləyaqətlə davam etdirmişdir. Ləyaqətsiz məmurları ifşa etmiş, müəyyən qədər də olsa dövlətimizin iqtisadi və siyasi cəhətdən qorunması yolunda əlindən gələni etmişdir.
Elə bu siyasi xəttini davam etdirərək "Gündəlik Bakı" və "Yeni Əkinçi" qəzetləri vasitəsilə Prezident İlham əliyevin siyasi kursuna davam etdirməkdədir.
Habil Vəliyevin qorxmazlığı, cəsarəti, yaltaqlığı bacarmaması başda Əli Həsənov və onun "əl ağacı" hesab edilən Əflatun Amaşovları narahat etməyə başlamışdır. Belə ki, rüşvətxor, korrupsioner məmurlar haqqında araşdırma yazılarına son qoyulması üçün ondan edilən tələb və xahişlərin nəzərə alınmaması sonda ona gətirib çıxardı ki, yüksək səviyyədə ona qarşı qara piar kampaniyasına strat verildi.Sonrası isə cəmiyyətimizə məlumdur. Habil Vəliyev isə bütün qadağa və çətinliklərə baxmayaraq əqidəsindən dönmədi və öz yolunu davam etdirdi.
Bu gün Habil Vəliyev media camesində öz yerini tutan nüfuzlu yazarlardan öncüllərdəndir desək, yəqin ki, yanılmarıq.
Biz, İFADETV.COM -un kollektivi olaraq Habil müəllimi 50 yaşının tamam olması münasibətilə ürəkdən təbrik edir, ona işlərində uğurlar arzulayırıq. Qələminiz iti, zəkanız həmişə aydın olsun!
İfadetv.com