Oğlu DİN-də, qızı Ədliyyədə, həyat yoldaşı isə... - Bəxtiyar Sadıqovun yüksək vəzifə tutan ailə Dövlətlə “pul davası” aparan və buna görə hətta şantaj etməkdən belə çəkinməyən “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqovun ömrü boyu dövlətdən faydalandığı heç kəsə sirr deyil. Onun “pulumu verin, yoxsa qəzeti bağlayacam” davası da ən çox bu baxımdan gündəmə gəldi və məlum oldu ki, Bəxtiyar Sadıqovun dərdi nə qəzetçilik, nə media, nə dövlət maraqları yox, məhz aylıq qazancıdır. Özü etiraf edir ki, il ərzində qəzetə 1,5 milyon manat vəsait ayrılıb. Bu ayda təxminən 150 min manata yaxın pul deməkdir. “Azərbaycan” qəzetinin abunəsi, reklam qiymətləri və cüzi məbləğ təşkil edən çap xərclərini hesabladıqda məlum olur ki, qəzet əslində özünü maliyyələşdirmək gücündədir. Bəxtiyar Sadıqovun davası da ildə dövlətdən aldığı 1,5 milyon manatı şəxsi qazanca çevirməkdir. Lakin bu, Bəxtiyar Sadıqovun dövlətdən faydalandığı tək sahə deyil... Əldə etdiyimiz məlumata görə, onun bütün yaxın qohumları dövlət qurumlarında vəzifə tutur. - Həyat yoldaşı Afət Sadıqova Elm və Təhsil Nazirliyində işləyir. - Oğlu Toğrul Sadıqov Daxili İşlər Nazirliyində çalışır. - Qızı Günel Həmidli (həyat yoldaşının soyadını götürüb) Ədliyyə Nazirliyinin Notarius Baş İdarəsində mühüm vəzifə tutur. Bununla yanaşı, Bəxtiyar Sadıqovun müxtəlif nazirliklərdə və dövlət strukturlarında işləyən onlarla qohumu var. Bəxtiyar Sadıqov da onilliklərdir Milli Məclisin deputatı və “Azərbaycan” qəzetinin baş redaktoru kimi fəaliyyət göstərir. Dövlətdən bu qədər fayda əldə edəndən sonra Bəxtiyar Sadıqovun ahıl yaşında dövləti şantaj etməsi, pul davası aparması onun yumşaq desək hərisliyindən qaynaqlanır. kommersant.az