Və yaxud, NAXÇIVANDA FEODALİZM DÖVRÜ DAVAM EDİR
Son zamanlar Naxçıvanla Bakı arasında hava reysində yaranan problemlər ciddiləşməkdədir.
Belə ki, hər gün yüzlərlə və minlərlə insan uçuş bileti problemi ilə üzləşir.
Gununsesi.info xəbər verir ki, bu barədə şikayətlərin kütləviləşməsinə baxmayaraq ciddi tədirlər görülmür. Naxçıvan hava limanında olan türk jurnalist Cabbar Şıktaş oradakı durumu özünün sosial media hesabında ” Belə rəzalət görülmədi” başlığı ilə yazıb.
Həmin yazını sizə təqdim edirk:
“Bu gecə (6 iyul – red.) Türkiyə saatı ilə 23:45-də Naxçıvandan Bakıya getmək üçün Naxçıvan Hava limanında təyyarəyə mindim.
Təyyarədə boş yer olduğundan, dolana yaxın anlarda gözlədilmiş və yeni yolçuların gəlişini izləmişik. Biz türk sərnişin olduğumuz üçün etiraz etmədik. Ancaq Naxçıvandan olan yolçular buna etiraz etdilər. Yolçuların etirazını görən pilot bir anons edərək “Mən uçuş etməyəcəm. Təyyarədən enin, evinizə gedin”, dedi və saatlarla gözləməyə məcbur qaldıq.
Dövlət yetkilisi yox, vətəndaşa açıqlama verəcək kimsə yox, həmkar yoxdur. Körpə, uşaq, qadın-yaşlı hər kəs səfil bir şəkildə taleyinə tərk edildi. Bu an etibarı ilə hava limanında gözləmə sahəsindəyik.Nə gələn var, nə gedən. Banan respublikası olsa, insanlıq adına birisi gələr, ən azından , ehtiyacı olanlara yardım edər. Bu problem bu saata qədər həll edilə bilərdi. “Gedin, o saatda gəlin”, deyilərdi. Naxçıvan adına, gerçəkdən üzüldüm. Naxçıvan heç inkişaf etməyəcəkmi? Təyyarə bileti soruşanlara “bilet yoxdur” deyib, satışı çətinləşdirib, sonra da 3-5 manat “şirinlik” üçün bunca insana belə əziyyət rəva görülərmi?
Ancaq indi də hər şey var, ancaq kimsə yoxdur. Bu an ətrafın körpələrlə doludur. Oturacaqlarda uyuyurlar. Etiraz səsləri bağı-çığır olur. Ancaq kimsə gəlib də, burada olan adamları adam yerinə qoymur. Çarə yoxdur. Sabahı gözləyəcəyik. Çöldə hava işıqlandımı, bilmirəm. Bu an bura cəza evi kimidir. Allah qorusun, deməkdən başqa çarə yoxdur.
Arzu
Gununsesi.info