"Mən bişirib-düşürməyi çox xoşlayıram. Bu işlə məşğul olanda yaxşıca dincələ bilirəm. Axı dadlı yeməklər hazırlamaq da müəyyən mənada yaradıcı işdir".
Ifadetv.com open.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında yazıb.
Birinci xanım yemək bişirməyi çox sevdiyini vurğulayıb: "Mən bu işi sevirəm, bu işi görürəm və bacarıram".
Qeyd edək ki, birinci vitse-prezident Mehriban Əliyevanın mətbəxdə çəkilən görüntüləri böyük marağa səbəb olub.