Və yaxud, GİZLİ SÖVDƏLƏŞMƏSİ NƏTİCƏSİNDƏ XALQI DÖVLƏTƏ QARŞI QALDIRAN NAZİRƏ "ORDEN" DÜŞÜRMÜ?
Ölkəmizdə “Azərbaycan İnternational Mayning Kompani Limited” şirkəti tərəfindən mədən-filiz əməliyyatlarının aparılmasında yol verilmiş qanun pozuntularına dair çox danışılsa da, cəmiyyətimizin bu pozuntuların nədən ibarət olduğuna dair məlumatlılıq səviyyəsi yetərincə deyil. Bəli, deyilir ki, ekoloji normalar pozulub, qadağan edilmiş kimyəvi vasitələrdən istifadə edilib, insanların həyatına təhlükə yaradılıb və s. Amma konkret faktlar ortaya qoyulmayıb.
Prezident İlham Əliyev məsələni şəxsi nəzarətinə götürərək Nazirlər Kabinetinə komissiya yaradılması, məsələnin tam araşıdırılması və nəticələri barədə məlumat verilməsini tapşırmışdı. İyulun 11-də bu ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı dövlət başçısı xarici şirkət tərəfindən ekoloji problemlərin yaradılmasının, təbiətin məhv edilməsinin, insanların örüş, otlaq sahələrinin zəbt olunmasının, heç bir yerdən icazə almadan ikinci tullantı gölü yaratmasının yolverilməz olduğunu bildirmişdi və buna kimin icazə verdiyini sual etmişdi. Prezident demişdi ki, “görünür, ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sövdələşiblər, ya da ki, onu özbaşına ediblər, ona görə ciddi araşdırılmalıdır”.
Bəli, cənab Prezident düz deyir. Şirkət bu işi özbaşına edə bilməzdi və ya ən azından cürəti belə çatmazdı. Deməli, qalır prezidentin göstərdiyi birinci versiya. Yəni, "Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sövdələşiblər..." Bax, bu ehtimalla biz də 100 % razıyıq.
Bizdə olan məlumatlara görə sabiq ETSN naziri olmuş Hüseynqulu Bağırov nazir olmamışdan qabaq Bakı şəhərində bircə dənə də olsun su butkası belə yox idi. Və nazirlik etdiyi dövrdə onun çoxsaylı mülkləri və astronomik rəqəmlə ölçülən varidata sahib oldu. Araşdırmalarımız zamanaı məlum oldu ki, Hüseynqulu müəllim bu qədər varidata sahib olması üçün Azərbaycanın bütün meşələrini kəsdirib satdırsa belə, toplaya bilməzdi. Məlumatlı mənbəmiz izah etdi ki, H.Bağırov bu gün də ölkə mətbuatının və ictimaiyyətinin fikirləşdiyi və təsəvvür etdiyi kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi deyəndə, heç də adamın ağlına ucsuz bucaqsız sərvətimiz olan meşələrdən ibarət deyilmiş. Bəs Yerin təki? Torpağın altında olan mədən sərvətləri sayılan əlvan və qara metl necə olsun? Axı bunlara da birbaşa ETSN nəzarət edir. Və sözün qısası sabiq nazir Hüseynqulu da yerin təkindən çıxarılan qiymətli metallara ( qızıl, güçüm, mis, molibden, platin və s.) görə də öz FAİZİ ni alırmış. Bu faiz isə meşələrin qırılıb satılmasından əldə edilən "FAİZ"lərdən 1000 dəfə çox idi. Budur, Cidanı çuvalda gizlətmək mümkün olmadığı kimi, nəhayət Söyüdlüdə baş vermiş xalq etirazı son damlanın daşmasına səbəb oldu. Və ənab Prezident haqlı olaraq qeyd etdi ki, "Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sövdələşiblər..." Bəli, sövdələşiblər və Hüseynqulu Bağırovdan sonra təkcə bu şirkətdən deyil, digər Azərbaycan bölgələrində filiz yataqları ilə məşğul olan digər şirkətlərdən də öz "FAİZİ"ni alıb sövdələşib cənab MUXTAR BABAYEV. Və bütün bu törətdiklərinin qarşısının alınması üçün Moskvadan ETSN-nə Elman adlı FSB ( FTX ) zabiti də gətizdirib xüsusi şöbvəyə təyin etdirib ki, bizi kimi onu ifşa edən qələm sahiblərinə qarşı müxtəlif təxribatçı planlar hazırlasın və susdursun. Alınmadı, cənab Babayev. İndi siz özününz ölkə başçısının sizə verdiyi 1 həftə vaxtın tamamında gərək siyasi iradə nümayiş etdirib istefa ərizəsi yazaydınız. Çünki, ifşa olundunuz şəxsi maraqlarınızı təmin etdiyiniz üçün cinayətkarlarla hansısa "Faizlə" sövdələşdiniz. Yerli insanların sağlamlığını, yaşayışını, dolanacağını məhv etdiniz. Nə qədər ki, gec deyil, Azərbaycanda ilk dövlət məmuru olaraq istefa mədəniyyətindən istifadə edin. Onsuz da Azərbaycanda kimsə sizə qarşı hər hansı araşdırmanın başlanmasına göstəriş verməyə cürət edə bilməz. Arxanızdakı beynəlxalq gizli güc buna imkan verməz.
Doğrudur, bir məsuliyyətsizlik digər məsuliyyətsizliyə, bir qanun pozuntusu digər qanun pozuntusuna, bir cinayət digər cinayətə yol açır. Hamı öz işini məsuliyyətlə görməlidir ki, Söyüdlü insidenti bir daha təkrarlanmasın. Çünki hər tərəf xarici düşmənlə doludur..İndi ictimaiyyətin əleyhinə qızıl və pul yığmağın zamanı deyil!
İFADETV.COM-un araşdırma qrupu