Prezident Cəbrayıl Xanlarovun villasını sökdürdü, o isə yenidən bərpa etdirdi və üstəlik Qəbələdə oxşarını da tikdirdi
Bu ilin aprelin 19-da "CƏBRAYIL XANLAROVUN LONDONDA və BAKIDA MALİK OLDUĞU BİZNESİNİN MALİYYƏ MƏNBƏYİ MƏLUM OLDU" başlıqlı araşdırma yazısı geniş oxucu marağına səbəb olmuşdur. Bəli, o vaxt redaksiyamıza müraciət edən Qarabağ müharibəsi iştirakçısının başına gətirilənlər və dövlətin zəlzələdən əziyyət çəkən Ağsu sakinləri üçün yeni evlərin tikintisi zamanı FHN-nin Tikintidə təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən törədilən geniş maliyyə maxenasiyaları barədə ətraflı məlumtlar verilmişdi. Və bu faktlardan sonra Dövlət Agentliyinin sədri olan Cəbrayıl Xanlarovun 2005-ci ildən bu günə qədər özünə və oğlu Nazimə yığdığı külli-miqdarda varidatların siayhısını təqdim etmişdik. Hətta qeyd etmişdik ki, 2015-ci ildə dövlət başçısının birbaşa göstərişi ilə Cəbrayıl Xanlarovun Bilgəhdəki 3 mərtəbəli nəhəng villası sökülmüşdü. Amma agentlik rəhbəri həyat yoldaşının adına olan imarəti (564 kv.metr) sonradan yenidən tikdirdi. Və Azərbaycan ictimaiyyətinə bununla da göstərdi ki, Hətta o lazım gəlsə dövlətimizin başçısı ilə də hesablaşmaya bilirmiş. Və prezidentin bu söküntü göstərişindən sonra hikkəsinə tabe ola bilməyən C. Xanlarov dərhal Qəbələnin Bum kəndində 1 hektarlıq ərazidə sahəsinə görə sökülən imarətindən geri qalmayan daha bir villanı (541.22 kv.m.) oğlu Nazimin adına qısa müddətdə ucaldıldı. Yəni, demək istədi ki, heç kim onu belə bir möhtəşəm villadan məhrum edə bilməz. Və təbii ki, FHN-nin Agentlik sədrinin bu təkəbbürü Azərbaycan cəmiyyətinin tərbiyəsinə birbaşa təsir göstərir. Ona görə araşdırma qrupumuz hesab edir ki, belə dövlət məmurlarının nə qədər "QÜDRƏTLİ" olmasını bir daha ictimaiyyətin nəzərinə çatdırmamışdan öncə dünən yenə dövrü mətbuatda dərc edilmiş faktları foto və video materialla birlikdə qısa xatırlayaq:http://teref.az/manset/291325-kemaleddin-heyderovun-sokdurduyu-obyekt-yeniden-tikildi-nazir-ne-qeder-qazanib.html
Yasamalda FHN şefinin sözünün qara qəpik qədərində də qiyməti yoxdur...
17 iyul 2023-cü il tarixində FHN-nin saytında “Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikintilərin qarşısı alınıb (video, foto)” başlıqlı yazı yayımlanmışdı.
Yazıda bildirilirdi ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir:
“Belə ki, Bakı şəhəri, Səbail rayonunun Bayıl qəsəbəsində, Yasamal rayonunun Əsəd Əhmədov küçəsi, 24B ünvanında, Yardımlı rayonunun Çayüzü kəndində, Gəncə şəhərinin Əsgər Mərdanov küçəsi və Şıxzamanlı qəsəbəsində heç bir icazəverici sənəd olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyektlər sökülüb”.
Həmçinin, saytda foto və video görüntülər paylaşılmışdı.
Həmin görüntüləri təqdim edirik:
Yasamal sakinlərinin AzToday.az-a verdiyi məlumata görə, Əsəd Əhmədov küçəsi, 24B ünvanında FHN-nin sökdüyü obyekt yenidən tikilib istifadəyə verilib.
Obyektin son görüntüsünü təqdim edirik:
Görünür, FHN obyekt sahibi ilə sonda “razılaşa” bildiyindən onun biznesinə “yaşıl işıq” yandırılıb. Razılaşmanın hansı miqyasda baş tutduğunu demək çətin olsa da, “fövqəlnazir” Kəmaləddin Heydərovun bu işdən yaxşı qazandığına şübhə yoxdur. Əks halda, 10 gün keçməmiş tikintinin yenidən həyata keçirilməsinə imkan verilməzdi…
Bəli, Bu faktlar bir daha sübut edir ki, Cəbrayıl müəllim 18 illik vəzifəsində çalışarkən milyardları necə qazanıb.
https://ifadetv.com/3450-cebrayl-xanlarovun-londonda-ve-bak-malk-oldugu-bznesnn-malyye-menbey-melum-oldu.html
Ağsu rayonu, Kalva kəndində qeydiyyatda olan 1-ci Qarabağ müharibəsi veteranı, 18 il DİO-da çalışmış Hacıyev Alov Ağasan oğlu tərəfindən 2019-cu il Zəlzələsindən sonra yaşamaq üçün tam yararsız vəziyyətə düşən evlərimizin bərpa edilməsi üçün dövlətin ayrdığı vəsaitlərin hesabına tikilən yeni evlər ayrı-ayrı adamlara satılmasından yuxarı orqan rəhbərliyinə etyət kəsb diyi şikayətdə qeyd edilən faktlar ictimai əhəmiyət kəsb etnidiyinə görə, eyni zamanda bu müraciətə FHN-nin Tikintidə Təhlükəsizlik Dövlət Agentliyinin sədr müavini səviyyəsində verilən ikrahdoğurucu cavabı bir Qarabağ Müharibəsi veteranını nə qədər ələ salınmasından başqa bir şey deyildir. Mövzunun aktuallığını nəzərər alaraq oxucularımıza təqdim edirik:
Mən, Alov Hacıyev Ağsu rayonun Kalva kənd sakini olaraq bu kənddə yaşamış və Vətənin müdafiəsi üçün qardaşlarımla birlikdə Ağsu rayonun Hərbi Komissarlığından könüllü olaraq döyüşlərdə iştirak etmişk. Xatırladım ki, 2019-ci ilin fvralın 5-də baş vermiş məlum zəlzələ zamanı kəndimizdə əsasən köhnədən tikilmiş evlərin divarlarında iri çatlar əmələ gəlmiş, pol sınmış, binövrə daşları uçub daxilə tökülmüş, yaşamaq üçün yarasız vəziyyətə düşmüşdür. Məsələn, mənim atamın hazırki analığımız Hacıyeva Gülsənəminindi yaşadığı evi 1946-cı ildə sementsiz, torpaq və taxta materialı istifadə edilməklə daş hörgüsüilə tikilmişdir .Ona görə evimizin dörd tərəfindən çatlar əmələ gəlmiş və yaşamaq üçün yarasız vəziyyətə düşmüşdür. Eləcə də qardaşım Hacıyev Asəfin evinin zirzəmisində kürsü daşları uçaraq daxilə tökülmüşdür, sanki ev havada qalmışdır. Divarda çoxsaylı çatlar əmələ gəlmişdir. Digər qonşularım Şükürov Ağasəlimin, Əsədov Yalçının, Salamov Yasirin, Mustafayev Rəşid Ərzuman oğlunun yaşadıqları evlər də yararsız hala düşmüşlər. Evləri qəzalı vəziyyətdə olan sakinlər indi də arvad uşaqlarla birlikdə qorxa qorxa yaşayırlar. Dəfələrlə kənd və rayon rəhbərliyinə məsələnin həlli üçün xahişlər edils də 3 ildən çoxdur ki, gəlib yerində maraqlanan yoxdur. Elə bilki, belə kənd sakinləri ümumiyyətlə yox imiş. Çox şikayətlərdən sonra yerli icra nümayəndəsi Cavid Qədirov cavab vermişdir ki, siyahıda adınız 38-ci dir. Təmir olunacaq. Lakin heç kim gəlmir, maraqlanmır. Amma eyni zamanda görürük ki, Kalva kənd icra nümayəndəsi Qədirov Cavid, Ağsu rayon İcra Hakimiyyəti Aparatının hüquqşünası olmuş Tofiq Kərimovla məsləhətləşmələrilə cənab Prezidentin 1-ci dəfə ayırdığı 2 milyon manat vəsaitdən əvvəlcə özlərinə məxsus topdağıtmaz kiçik villalarını təmir etdirdilər. İcra nümayəndəsi C. Qədirov özünə məxsus evi tam və əsaslı təmir etdirməklə yanaşı, yaxın adamlarının – dədəsi Qədirov Əlistanın, əmisi Qədirov Talıstanın, qudası Niştayev Əhsanın, digər qudası Hilala təzə tikilib təmir olunan evlərini ehtiyac olmadığı halda yenidən dövlət vəsaiti ayırıb əsaslı təmir etdirdi. Hətta iş o yerə çatdı ki, Cavidin yaxın dostu olan Əjdərin də evini əsaslı təmir etməklə yanaşı, həyətində yeni bir irihəcmli yeni talvar da tikdirib təhvil verməyi unutmadı. Bizi kimi kasıblar da qaldıq bir tərəfdə. 2 il əvvəl biz sakinlərin verdikləri şikayətlərə cavab olaraq FHN-nin Daxili Təhlükəsizlik Baş İdarəsi rəisi Nazim Rüstəmovun 16 yanvar 2020-ci il tarixli cavab məktubunda qeyd edilir: “FHN-nin mütəxəssisləri tərəfindən yerli icra hakimiyyəti tərəfindən təqdim edilmiş siyahıya əsasən Ağsu rayonu ərazisində baş vermiş zəlzələdən ziyan dəymiş evlərin texniki vəziyyəti araşdırılmış və aktlar tərtib edilmişdir.” Yəni, FHN-nin səlahiyyətlisi bildirir ki, yerli icra orqanları bizə nə təqdim edirsə onların evəri tikilir və bərpa olunur.”
Na görə də yerli icra nümayəndəsi C.Qədirov şikayətlərə görə düşdüyü külli-miqdarda ziyanın əvəzi olaraq guya mənə yaxın adamların yazdıqları şikayətləri mən təşkil etdiyimə görə mənim adımı da siyahıdakı 38-ci sıradan digər yaxınlarım kimi tamamilə çıxarıb silib. Əvəzində isə Xatman kəndində yaşayan iki bacının Dürdanə və Dürrə adlı xanımların evlərini pul qarşılığında tikib təhvil verməyi söz verib. Hələlik bir bacının evi tikilibtəhvil verilib, O birisi isə bu ilin əvvəlində təqdim olunmuşdur. Muza Son məlumata görə Xatman kəndi yaxınlığında bizim kəndimizdən olan bizi kimi evləri tam yarasız vəziyyətə düşən adamlardan bir neçəsinə etdikləri şikayətlərinə görə gözdən pərdə asmaq üçün veriblər. Qalan dövlət vəsaitilə tikilən evləri isə əli cibində olanlara paylayıblar. İndi cəmi Xatmanda iki belə ev qalmışdır. Bunlardan birini bir neçə il əvvəl kəndimizə gəlib daş kürsü üzərində vaqon qoyub yay aylarında yaşayan Muğan adlı Qubadlı qaçqınına verdilər. Halbuki, onun qoyduğu dəmir vaqon zəlzələdən heç bir ziyan görməmişdir. Amma kəndin daimi yaşayan bizi kimi sakinləri isə hətta adi təmri belə rəva görmədilər. Çünki bizlər kasıb olduğumuza görə bu torpaqları Qarabağ Müharibəsində sağlamlığımızı belə itirərək bu torpağı qoruduğumuza görə layiq olduğumuz mənzillə təmin edilmədik.
Qubadlı qaçqını Muğanın zəlzələdən zərər görmüş dəmir vaqondan hazırlanan evi.
Budur, indi sonuncu tikilmiş və istifadəyə hazır mənzil də “müştərisini” gözləyir Və bu müştəri artıq tapılıb. Kalva kənd Bələdiyyə sədri Tofiq İmaməliyev tezliklə bu mənzili pulunu verib əldə edəcəkdir. Və son məlumata görə artıq behi də verib.Qısası, Ağsu rayonun yerli məmurlarının təşkilatçılığı ilə FHN-nin bumənzilləri tikib istifadəyə hazır edən Tikinti İdarəsi rəhbərliyilə aparılan sövdələşmələr nəticəsində ən çoxu Bakıda yaşayan və bu kəndlərdə sadəcə yaydan yaya gələn imkanlı adamlara satılmaqla məslələr həllini tapmışdır. Biz kasıb insanlar da zənn etmişik ki, qayda qanun var, şikayətimizə bəlkə baxan oldu. Amma görünən budur ki yanılmışıq. FHN-nin məlum idarəsi öz alverini artıq yekunlaşdırmışdır.
BƏS ZƏLZƏLƏDƏN DƏRHAL SONRA RƏSMİ MƏLUMATLARDA NƏ DEYİLİRDİ?
Xatırladaq ki,Ağsuda, Şamaxıda baş verən hadisənin səhəri günü dövlətimizin başçısı zəlzələ zonasına gələrək sakinlərlə görüşmüş, təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılacağını bildirmişdi. Prezident İlham Əliyev elə buradaca əhalinin müraciətlərinə diqqətlə baxılması, evlərə, həmçinin sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün müvafiq icra strukturlarına tapşırıq və göstərişlərini vermişdi. Elə həmin gün dövlətimizin başçısı baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında evlərə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ilkin olaraq iki milyon manat ayrılması haqqında Sərəncam imzalamışdı. Bundan sonra hər 3 rayonda dərhal tikinti və təmir işlərinə başlanmışdı.
Prezident İlham Əliyev: Söz verirlər ki, bir aydan sonra evin tikintisini başa çatdıracaqlar.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov: Bu ev bir aydan sonra hazır olacaq, bəlkə də tez.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov dövlət başçısına zəlzələ zonasında görülən işlər barədə məlumat verdi. Bildirildi ki, yaradılmış komissiyalar tərəfindən əhalinin müraciətlərinə əsasən indiyədək Şamaxıda 4893, Ağsuda 1461, İsmayıllıda 919 evə baxış keçirilib. Müəyyən olunub ki, Şamaxıda 244, Ağsuda 150, İsmayıllıda 97 ev kəskin qəzalıdır. Şamaxıda 1111, Ağsuda 265, İsmayıllıda 262 evin bərpa-gücləndirməsinə ehtiyac var. Şamaxıda 1800, Ağsuda 1022, İsmayıllıda 354 evin isə təmirə ehtiyacı var. Bütövlükdə bu rayonlarda 88 ev sökülməyə hazırlanıb, 65 ev sökülüb və sökülməyə başlanıb, həmçinin 38 evin tikintisi aparılır. Ümumiyyətlə, 491 ev qəzalı vəziyyətdədir.
Prezident İlham Əliyev: Yəni, hansılar ki, yenidən tikiləcək.
Kəmaləddin Heydərov: Bəli. Bunlar artıq sökülüb tikiləcək, 1665 ev bərpa olunacaq.
Prezident İlham Əliyev: Bəs qalan müraciətlər?
Kəmaləddin Heydərov: İndiyə qədər 7296 müraciət olub, onlardan 7264-nə baxılıb. On altı komissiya işləyir.
Prezident İlham Əliyev: Hələ komissiyaların işi davam edir?
Kəmaləddin Heydərov: Bəli, komissiyaların işləri davam edir. Çünki şikayətçilər bəzən deyirlər ki, bizimki bərpa deyil, qəzalıdır.
Prezident İlham Əliyev: Komissiya bu işlərə obyektiv baxsın.
Prezident İlham Əliyev tikinti-bərpa işlərinin sürətlə və keyfiyyətlə davam etdirilməsi ilə bağlı tapşırıqlarını verdi.”
Bəli, cənab Prezident ilkin olraq 2 milyon, sonra yenə işlərin davam etdirilməsi üçün əlavə 2 milyon və 3 milyon manat ayırmış və işlərin tamamlanması üçün də bir o qədər vəsait ayrırmışdır. Amma çox təəssüflər olsun ki, C.Qədirov kimi yerli məmurlar cənab prezidentin ayırdığı pullar hesabına yalnız özünə, dədsinə, əmisinə, qaynına, dostuna və digər dost tanışlarına ev tikilməsi və bərpası üçün tərtib etdiyi siyahını Ağsu rayon İH-nin FH komissiyasına təqdim etmişdir.
Ağsu rayonunda Kəmaləddin Heydərovun Prezidentə evlərin 1 aya tikiləcəyilə bağlı yalan vədləri
Rəsmi məlumatdan da göründüyü kimi zonada zəlzələ zamanı baş vermiş dğıntılarla bağlı FHN naziri cənab Kəmaləddin Heydərov edilən 7264 müraciətin hamısına 16 komissiya tərəfindən baxıldığını prezidentə bildirmişdir. Deməli, yerli məmurlar prezidentin tapşırığını deyil, yalnız özlərinin və yaxınlarının xeyrinə qanunsuz işlərlə məşğul olmuşlar. Bu gün 2022-ci ildə görürük ki, FHN-nin şefi hesab olunan Kəmaləddin cənab prezident İlham Əliyevə camaatın qarşısında yalan və saxta məlumatlar verib. Dövlətimizin başçısını tamailə aldadıb.
Mən, Qarabağ Müharibsi veteran, hazırda 18 il xidmət etdiyim DİO orqanlarından xəstəliymə görə 2020-ci ildən təqaüdə çıxmışam və ata evinə gəlmək istəyirəm. Amma evimiz köhnə və qəzalı vəziyyətdə olduğuna görə risk edib ailəmlə birlikdə yaşamaq istəsəm də uşaqlar razı olmurlar. Ona görəmi mən müharibədə 4 il can qoyub, sağlamlığımı itirib bu günə düşməliyəm ki, dövlət başçısının qəzalı vəziyyətə düşmüş evlərimizin təmiri üçün ayırdığı 7 milyon manat vəsaitləri haramzadalar mənimsəsin?
Hesab edirk ki, yerli dövlət məmurlarının bu hərəkəti iqtisadi cinayət və əxlaqsızlıqdır. Qəzalı vəziyyətə düşən kasıb sakinlərin evlərinin bərpası üçün dövlətimiz tərəfindən ayrılan külli-miqdarda vəsaitləri yerli məmurlarla FHN-nin Tikintidə Təhlükəsizlik Qayadaları idarəsinin rəhbərliyi arasında tikilən evlər satılaraq pulları mənimsənilmişdir. Haram olsun!
Nəticədə məmur özbaşnalığı biz sadə insanları dövlətdən məqsədli şəkildə narazı salırlar. Odur ki, cənab Prezident Sizdən çox xahiş edirk ki, korrupsiyalaşmış FHN-nin və yerli məmurların hamısı barəsində son fəaliyyətləri ilə əlaqədar aidiyyatı orqanlara dərhal tədbir görülməsi, və bizim yaşaması mümkün olmayan evlərimizə FHN-nin komissiyasının vicdanlı üzvlərinin yenidən baxış keçirib təmir olunması üçün mənimsənilən vəsaitlər hesabına həll edilməsinə göstəriş verəsiniz.Sağ olun
Əlavələr: Sənədlər, məktublar, qəzalı evlərin fotoşəkilləri.
https://www.cumhuriyyet.net/cemiyyet/132994-agsuda-z%C9%99lz%C9%99l%C9%99nin-n%C9%99tic%C9%99l%C9%99rinin-aradan-qaldirilmasina-%C9%99lav%C9%99-pul-ayrildi-s%C9%99r%C9%99ncam.html
https://teleqraf.com/news/official/258601.html
Hörmətlə, Müharibə veteranı A.A.Hacıyev, Əlaqə - mob.050- 471 76 76.
Cənab Alov Hacıyevə FHN-nin Tikintidə Təhlükəsizlik Dövlət Agentliyinin sədr müavini Elxan Əsədovun ona göndərdiyi 31 mart 2022-ci il tarixli cavab məktubunu sözün əsl mənasında müharibə veteranını ələ salmaq kimi başa düşmək olar. Belə ki, məktubda bildirilir: “ Sizə məxsus yaşayış evinə baxış keçirilmiş və akt tərtib edilmişdir. Evə baxış zamanı divarlarda bir sıra qüsurların yarandığı və təmirə ehtiyac olduğu müəyyən edilmişdir. Mütəxəssislərin rəyinə görəfərdi yaşayış evində yaranmış qüsurlar təbii fəlakətlə əlaqəsi yoxdur. Ona görə də sizin mnzilin təmir etmək Fövqəladə Hallar Nazirliyinin səlahiyyəti xaricindədir...”
A.Hacıyev redaksiyamızla telefon əlaqəsi zamanı onu da xüsusi vurğuladı ki, kəndlərimizdə bir neçə nəfərin evləri istisna olmaqla qalan əsasən Bakıda yaşayan “sakinlərə” yeni tikilib təhvil verilmiş mənzillərlə birlikdə onara guya yarasız vəziyyətədüşən evləri isə “qəzalı” olduğuna görə FHN-yi əməkdaşları tərəfindən sökülüb təhlükə aradan qaldırılmamışdı. Əksinə, adi çatlar əmələ gəlmiş bu evlər yenidən “zəlzələdən zərəçəkmişlərin” istifadəsinə verilmişdir.
P.S. Deməli rəsmi məktubdan belə nəticə hasil olur ki, 1946-cı ildə tikilmiş və zəlzələdən sonra tam yarasız vəziyyətə düşümüş Müharibə qəzisinə məxsus evin FHN-nin “mütəxəssislər”nin rəyi əsasında təbii fəlakətə aid olmadığı göstərilmiş, eyni zamanda Qubadlı qaçqını Muğan adlı şəxsin dəmir borular üzərində müvəqqəti yerləşdirdiyi dəmir vaqon ev isə elə həmin “mütəxəssilərin” rəyləri nəticəsində yaşayış üçün tam yarasız hesab edilmişdir. Ona görə də bir mətbu orqan olaraq hesab edirik ki, müraciətdən və təqdim edilmiş faktlar onu deməyə əsas verir ki, dövlət başçısı tərəfindən zəlzələdən əziyyət çəkmiş vətəndaşların evlərinin təmiri və ya tikintisi üçün büdcədən ayrılmış milyonlar FHN-nin aidiyyatı üzrə səlahyyətli nümayəndələri tərəfindən mənimsənilmiş, təyinatı üzrə xərclənməmiş və ciddi süi-istifadə hallarına yol verilmişdir. Bu da korrupsiya faktıdır. Korrupsiya cinayətində təkcə FHN-nin qurumları deyil, dövlətin nəzarətedici qurumları da ( Maliyyə Nazirliyi, Hesablama Palatası) məsuliyyət daşımalıdır. Məsələn bir kənd üzrə FHN-nin Dövlət Agentliyi tərəfindən belə özbaşnalığa yol verilirsə , deməli, nəzarət mexanizmi yaxşı həyata keçirilə bilmir. Ona görə ictimai şuraların yaradılması, ictimai iştirakçılığın bərpa edilməsi, qərar qəbul etmə prosesində vətəndaşların iştirakı çox vacib məsələdir.
Belə müraciətlərdən, KİV-də yazılan çoxsaylı faktlardan sonra aydın olur ki, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyin sədri cənab Cəbrayıl Xanlarov Londonda yaratdığı biznesi, Azərbaycanda malik olduğu çoxsaylı əmlakları hansı maliyyə hesabına əldə etdmişdir.?
Bu sualların cavabını jurnalist Cavanşir Həsənli yerində faktlarla vermişdir. Amma nə fayda.tək bir müraciətdə qeyd edilən və Cəbrayıl Xanlarovun əməkdaşları tərəfindən zəlzələ adı altında ayrılan milyonların bir hissəsinin necə mənimsənildiyi bir daha sübut edir ki, Dövlət Agentliyi sədri qısa müdət ərzində necə astronomik rəqəmli varidat sahibi olmuşdur. Yəni Qarabaş Müharibəsi veteranının evinin əvəzinə hansısa bir dəmir vaqon sahibinə nəyinsə qarşılığında dövlətin hesabına təzə birmənzilin tikilib verilməsi özü böyük bir korrupsiya hadisəsidir.
İngiltərədə nəşr olunan rusdilli "Англия" qəzeti onu öz oxucularına "gənc biznesmen" kimi tanıdıb:
"Valideynlərim məni 15 yaşımda İngiltərəyə göndərdilər". 15 yaşlı Nazim Londondakı illik təhsil haqqı 15 funt-sterlinq və ya 33 min manat olan Mander Portman Woodward yatılı kollecində 2 il oxuyub. Daha sonra o, Londondakı Regents Universitetində təhsil alıb. Burada illik təhsil haqqı (bura yaşam və digər xərclər aid deyil) 21 min funt sterlinq, yaxud 47 min manat təşkil edir".
Azsiyasət.com xəbər verir ki, bu məlumatları avropada yaşayan jurnalist Cavanşir Həsənli özünün sosial hesabında yayıb.
Jurnalist bildirir ki, təbii ki, Londonda təkcə təhsil haqları ümumilikdə 250 min manata çatan tələbə sıradan biri deyil və qəzetin onun atasının kimliyi barədə məlumatsız olan oxucuları üçün Nazimin "uğur tarixçəsi" qibtə doğura bilər.
Nazimin atası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəsi Cəbrayıl Xanlarovdur. Cəbrayıl Xanlarovun babasının adını daşıyan Nazim 20 yaşında tələbə ikən Londondakı digər məmur balalarından geri qalmırdı və şirkətləri vardı. 2014-cü ilin aprelində o, Slovakiyadan olan tələbə dostu David SKIRKANIC-i özünə ortaq seçərək İngiltərədə SHARK&SHARK LTD-ni təsis edib.
Elə həmin ilin dekabrında Nazim Azərbaycandan olan digər dostu Javlonbek YULDASHEV ilə birlikdə Londonda FRIENDS AND BROTHERS LIMITED-i qeydiyyatdan keçirib.
Şirkət Londonun zəngin məhəllələrindən olan Somali Road 34b ünvanındakı təmtəraqlı villada hüququ qeydiyyatdadır.
2015-ci ilin əvvəlində Nazım Əli adlı dostu və Britaniya vətəndaşı Zorab Əfəndi ilə birlikdə Britaniyada üçüncü şirkətini qeydiyyatdan keçirir. O bu dəfə özünü xalça ticarətində sınayır. ALNAZO LİMİTED ortaqların adlarının (ALiNAzimZOrab) birləşməsini ifadə edir.
Nazimin Londondakı 4-cü şirkəti - SYNTAXIS GROUP LIMITED 2016-cı ildə təsis olunub. Bu şirkət meyvə şirələrinin, mineral suların və sərinləşdirici içkilərin topdan satışı ilə məşğul olub, FHN şefi Kəmaləddin Heydərova aid "Jalə" biznesinin Londondakı bir qoludur.
ALNAZO LİMİTED-in qeydiyyatda olduğu London, Spenlow Apartments 24, Wenlock Road ünvanı Britaniya mənbələrində Nazim Xanlarovun qeydiyyat ünvanı kimi də göstərilir. Bu mənzil 2014-cü ildə 642 funt-sterlinqə alınıb, 2017-ci ildə kirayəyə verilib, ötən ilin iyulundan 825 min funt-sterlinqə yenidən satışa çıxarılıb.
Əlbəttə, Londonda kolluğa baş vurmaq hər oğulun işi deyil, Nazim atasının tikintidə təhlükəsizliyə görə cavabdehlik daşıdığı vəzifəsinin hesabına Britaniyada qurduğu şirkətlərlə tezliklə vidalaşmalı oldu.
Cəbrayıl Xanlarov vaxtilə Gömrük Komitəsinin “Azərterminlakompleksdə” işləyib. Gömrük Xidməti mayoru olduğu bildirilir. FHN yaranandan sonra, 2005-ci ildən bu nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində rəisi vəzifəsinə təyin edilib. 2015-ci ildə dövlət başçısının göstərişi ilə Cəbrayıl Xanlarovun Bilgəhdəki 3 mərtəbəli nəhəng villası sökülmüşdü. Amma agentlik rəhbəri həyat yoldaşının adına olan imarəti (564 kv.metr) sonradan yenidən tikdirdi.
Qəbələnin Bum kəndində 1 hektarlıq ərazidə sahəsinə görə, sökülən imarətindən geri qalmayan daha bir villa (541.22 kv.m.) Nazimin adına ucaldıldı. Nazim Xanlarovun 18 yaşında Bakıda qurduğu animasiya şirkəti - PROSPER CARTON STUDİO isə İngiltərə, Hollandiya və Belçikaya kimi fəaliyyətini genişləndirib. Ən maraqlısı reklam və multiplikasiya biznesində Nazimin şirkətinin 3 milyon funt-sterlinqlik (!) büdcəyə sahib olmasıdır.
Cəbrayıl Xanlarov sürtgü yağlarının, filtrlərin və soyuducu mayelərin Azərbaycana əsas idxalçılarından biridir, ölkədə onun övladlarına məxsus biznesin əsas özəyini servis və yağlama mərkəzləri təşkil edir. Bakıdakı MAYSON CAR CLUB avto-servis şəbəkəsi Cəbrayıl Xanlarovun oğluna məxsusdur, avtoklubun Bakı şəhərində 4 servis mərkəzi var.
Nobel prospekti, (Köhnə Volvo servis)
Yasamal ray, M.A.Şərifzadə 196 (Günəş petrolun yanı)
Nəsimi ray, Xəqani 49 (Landmarkın arxası)
Bakıxanov qəs, M.Fətəliyev (Arzu Şadlıq evinin yanı)
Digər avto-servis şəbəkəsi PYM Castrol (Peşəkər Yağlama Mərkəzi) adı altında fəaliyyət göstərir. Paytaxtın müxtəlif yerlərində 5 servis mərkəzi var.
PYM-1 Bakı şəhəri, M.Qaşqay 44 (inqilab).
PYM-2 Bakı şəhəri Şərifzadə 196 (Yasamal).
PYM-3 Gəncə şəhəri Ə.Mehmandarov 104/4.
PYM-4 Bakı şəhəri Z.Bünyadov 38 (Dərnəgül).
PYM -5. Bakı şəhəri, Ə Haqverdiyev 13 (İncəsənət Un-nin arxasi).
Cəbrayıl Xanlarovun oğlunun ingilis mətbuatına ağızdolusu danışdığı daha bir tamamilə fərqli biznes sahəsi xalçaçılıqla bağlıdır. Söhbət Cəbrayıl Xanlarovun ailə biznesinə daxil olan "ZİLİ ART" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ eyniadlı xalça fabrikinin fəaliyyətini tənzimləyir. 4 il əvvəl təsis edilmiş MMC-nin qanuni təmsilçisi LAÇIN AĞAYEV ŞİRVAN OĞLU olsa da, şirkət Xanlarovlar ailəsinin üzvü olan Aydan Xanlarovaya məxsusdur.
Dövlət Agentliyinin rəhbəri özü isə hələ 2004-cü ildə təsis edilmiş "POLİ-TRANS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin qanuni təmsilçisidir. Şirkət BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, ƏLİ NƏZMİ, ev 62, m. 6 ünvanında hüquqi qeydiyyatdadır. Bu ünvanda Fövqəladə nallar naziri Kəmaləddin Heydərova məxsus "AZƏRİ STANDART" və "AZƏR KARQO" şirkətləri də hüquqi qeydiyyatdadır.
Cəbrayıl Xanlarovun oğlunun daha bir şirkəti - ANKER CREATIVE SOLUTIONS" Məhdud Masuliyyətli Cəmiyyətidir, şirkət marketinq və reklam bazarında fəaliyyət göstərir.
İfadetv.com-un araşdırma qrupu