ERMƏNİSTAN BU QƏRARI TƏSDİQLƏMƏKLƏ BİR DAHA RUSİYANIN SİFƏTİNƏ TÜPÜRDÜ
Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib.
"AzPolitika.info" bu barədə TASS-a istinadla xəbər verir. Toplantı yerli portallar tərəfindən real vaxt rejimində yayımlanıb.
"60 deputat ratifikasiyanın lehinə, 20 deputat əleyhinə səs verib. Qərar qəbul edilib", - parlamentin spikeri Alen Simonyan bildirib.
Bu sənədin qəbulu uzun müddət müzakirə olunurdu və Rusiya ilə Ermənistan arasındakı münasibətləri daha da gərginləşdirən amillərdən biri hesab edilir. Belə ki, sözügedən sənədin ratifikasiyasından sonra, Ermənistan hüquq-mühafizə orqanları Vladimir Putini «gördükləri yerdə» həbs etməli olacaqlar.
Rusiya XİN bəyan edib ki, Ermənistanın Roma Statutunu ratifikasiya etməsi ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq.
Nazirlikdən qeyd edilib ki, İrəvanın Roma Statutunu ratifikasiya etməsindən sonra V.Putinin Ermənistana səfərini təsəvvür etmək çətin olacaq.
Kremlin sözçüsü Dmitri Peskov isə Ermənistan parlamentinin qərarını düşmənçilik kimi qiymətləndirib.
Rüfət
AzPolitika.info