Milli Məclisin deputatı Sabir Rüstəmxanlı qurumun iclasında deyib ki, deputatlara ögey münasibət var. O, deputatın özündən başqa, ailə-uşaqlarının da aeroportda VİP salondan istifadə etməsini istəyib. Deputat bu vaqeəyə millət vəkilinin statusunun aşağı salınması kimi baxıb və inciyəntəhər olub... Bərəkallah!
Corat qəsəbəsində yaşayan 21 yaşlı qazi Şıxəliyev Ayxan Anar oğlu kredit borcunu verə bilmədiyindən yaşadığı evin həyətində üzrərinə benzin tökərək özünü yandırıb...
Masallı rayonun Tatyanoba kəndində yaşayan 44 günlük Vətən Müharibəsinin iştirakçısı - qazi Emil Nizami oğlu İsayev intihar edib... (Siyahı uzundur, cənab deputat. Xalqın əyri yollara baş vura bilməyən övladları da o qazinin günündədir. Bəs siz hansı xalqın deputatısınız?)
Təki xalqı vecinə almayan şəbəkələşmiş qruplar yaşasın, nəinki yaşasın, həm də xalqın yaşamına qənim kəsilsin.
Müəllif: İdris Abbasov